Münafiq kimdir?

Münafiq, tarixin başlanğıcından bəri, “iman gətirən hər qövmün içində olan”; “iman gətirmədiyi

Münafiq, tarixin başlanğıcından bəri, “iman gətirən hər qövmün içində olan”; “iman gətirmədiyi halda iman gətirmiş kimi görünən”, ikiüzlü, saxtakar, yalançı, hiyləgər və səmimiyyətsiz insanlara verilən addır. Hz. Adəm (ə.s)-dan bəri yaşamış hər cəmiyyətdə, iman gətirənlər və inkarçılar qədər, münafiqlər də mövcudluğunu davam etdiriblər. Hiyləgər və şeytani oyunlarla, küfr əhli ilə qurduqları əməkdaşlıq ilə, “öz aləmlərində müsəlmanların gücünü yox etməyə və hiyləgərcə yer üzündə dinsizliyi hakim etməyə” çalışıblar.

Bu şeytani dəstə, birbaşa küfr əhlinin arasına getmək əvəzinə, “özlərini iman gətirənlərdən biri kimi göstərərək, İslama daxilən zərər verə bilməyi” hədəf etmişlər. Bütün bunları edərkən də, müsəlmanların maddi-mənəvi bütün imkanlarından istifadə edib mənfəət əldə etməyə çalışmışlar.

Lakin Allahın Quranla bildirdiyi dəyişməz qanununa görə, “münafiq əvvəldən müvəffəqiyyətsiz olmaq üçün yaradılmışdır”. Bütün həyatını qaranlıq və gizlin oyunlar oynayaraq, yalanlar söyləyərək, pislik və saxtakarlıq edərək keçirər. Lakin bu etdiklərinin müsəlmanların əleyhinə olmasını gözləyərkən, “etdiyi hər hərəkətlə müsəlmanların daha da gücləndiyini, bir-birlərinə daha da möhkəm sarıldığını, ağıllarının, imanlarının, güclərinin daha da artdığını” görər.

Münafiq, (özü bunu nə qədər istəməsə də) əlində olmadan, müsəlmanlara fayda təmin edən varlıqdır. Həmçinin yenə tam əksi üçün səy göstərdiyi halda, (Allahın qanununun tələbi olaraq) əlində olmadan, həyatının sonuna qədər müsəlmanlara xeyir və bərəkət qazandırmağa davam edəcək. Etdiyi hər əxlaqsızlıq, müsəlmanların daha da güclənməsinə, daha da bərəkət tapmasına vəsilə olacaq. Münafiqin şeytani sistemi isə, nə vaxtsa daxilən çürüyüb yox olacaq.

“Münafiq” sözü ərəbcədə, iki tərəfi açıq “dəhliz; yəni tunel” mənasını verən “en-nefeku” və ya “köstəbək dəliyi” mənasındakı “ən-nafikatu” sözündən gəlir. Xalq arasında casusluq edən kəslərdən “köstəbək” kimi bəhs edilməsi də, yenə bu sözün kökünə əsaslanır. Necə ki, bir köstəbək tunelin bir tərəfindən girib digər tərəfindən çıxarsa, münafiq də eynilə belədir. Eynilə bir köstəbək kimi, müsəlmanların arasına bir ucdan daxil olar, digər ucdan çıxar. İki istiqamətə doğru da yolu açıqdır. Hər an küfr əhlinin arasına da gedə bilər, müsəlmanların arasına da girə bilər. Eynilə köstəbək kimi, gah bu tərəfə dönər, gah da o tərəfə. Mənfəətləri hansı tərəfdədirsə o tərəfi seçər. Məhz bu söz də, münafiqin bu “dəyişkənliyini” vurğulayar. Quranın; “onlar tərəddüd edər nə bunlara, nə də onlara tərəf olarlar…” (Nisa surəsi, 143) ayəsi ilə, Allah münafiqin bu vəziyyətinə diqqət çəkmiş və münafiqin köstəbəyə bənzəyən bu xarakterinə qarşı müsəlmanları xəbərdar etmişdir.

Müsəlmanlar, münafiqin təhlükəsini, alçaqlığını, əxlaqsızlığını və küfr əhlinə olan həmrəyliyini çox yaxşı bilmələrinə baxmayaraq, bu insanları səbirlə imana və Quran əxlaqını yaşamağa dəvət edərlər. Lakin münafiqlər, “ruhi xəstə kimi münafiq olmalarına israr edər” və mənfəətlərinin arxasınca qaçmağa davam edərlər. Eynilə bir köstəbəyin, tunelində aşağı-yuxarı hərəkət etməsi kimi, münafiq də mənfəət əldə edə bilmək üçün müsəlmanların arasında hərəkət etməyə davam edər.

Bütün müsəlmanların bu səmimiyyətsiz insanları çox yaxşı biləcək hala gəlməsi lazımdır. Bütün əxlaqsızlığı və alçaqlığı ifşa edilmiş bir münafiqin, artıq bu dünyada münafiqlik edəcək yeri də qalmamış olar.

Məhz müsəlmanların Quran ayələri əsasında, münafiqin gündəlik həyatdakı bütün oyunlarını ifşa etmələri ilə birlikdə “münafiqlik, imanın nuru içərisində mənəvi cəhətdən boğulub yox olacaq”. Bütün səmimiyyətsizlikləri, alçaqlıqları hər kəs tərəfindən çox yaxşı bilinən vəziyyətə gəldikdə münafiq, artıq heç kimə qarşı bu oyunları oynaya bilməyəcək hala gələcək.

Buna görə də, münafiq əlamətlərini müsəlmanlar arasında həmişə gündəmdə saxlamaq, dünyanın hər yerində münafiqin həyat sahəsini yox etmiş olacaq. Bunun nəticəsində də müsəlmanlar münafiqlik fəaliyyəti olmayan bir dünyada yaşayacaq və dünyada rahatlıq və bərəkət meydana gələcəkdir.

Quranda münafiqin təsviri çox ətraflı şəkildə müsəlmanlara bildirilmişdir. Lakin bununla yanaşı, insanların bu ayələrin praktiki həyata keçməsini, münafiqlərin, ayələrdə bildirilən şeytani əxlaqı nə cür tətbiq etdiklərini görə bilmələri üçün, “münafiqin gündəlik həyatdakı təsvirini” də vermək olduqca əhəmiyyətlidir.

Münafiqlərin 1400 ildən bəri İslam aləmini məhv etmiş, müsəlman cəmiyyətlərə istədikləri kimi nifaq salıb fitnə törədə bilmiş olmaları, həmişə insanların “münafiqliyi tam bilməmələrindən” irəli gəlmişdir. Münafiqin çox geniş miqyaslı analizinin edilməmiş olması, müsəlmanların münafiqləri “müəyyənləşdirməkdə çətinlik çəkmələrinə” səbəb olmuşdur. Müəyyənləşdirməkdə çətinlik çəkdikləri üçün, münafiqlərin hər yerdə əli olmuş, hər yerə asanlıqla daxil olmuş və hər cür “məxfi məlumatı” əldə edə bilmişlər. Hətta tarixdəki bəzi İslam ölkələrində imanlarında xəstəlik olduğunu görə bilmədikləri insanların liderliyini qəbul edib, arxasınca getmişlər.

Məhz bu təhlükənin aradan qalxması üçün, bütün müsəlman aləmi münafiqlik mövzusunu çox yaxşı qavramalı və bu insanların xarakterlərini analiz etmə qaydalarını çox yaxşı öyrənməlidirlər. Bu məlumatı əldə etdikləri zaman, münafiqi gördükləri yerdə dərhal tanıyıb müəyyənləşdirə biləcək və beləliklə də, münafiqin törədəcəyi təxribatın qarşısını ən başından almış olacaqlar.

Çünki münafiqin ən mühüm silahı “gizlilik”dir. Münafiqlərin bu günə qədər ki, ən böyük üstünlükləri, təsvir edilməyən, bilinməyən, insanlar tərəfindən müəyyən edilməmiş bir sistemdən istifadə etmələri olmuşdur. Məhz münafiqin bu hiyləsi, gizliliyi əlindən alındığı anda bitər. Münafiq sanki bir “yarasa kimidir”. Günəşi, işığı gördüyü zaman, pərişan olar. Dərhal gizlənmək üçün bir dəlik axtarmağa başlayar. Əgər müsəlmanlar, münafiqin üzərinə bir proyektor tutaraq onu işıqlandırsalar, münafiqin gedə biləcəyi bir yer də qalmaz. Hara qaçsa da, mənəvi cəhətdən yaxalanacağını bilməsi münafiqi çox usandıracaq və gizli hərəkətini edə bilməyəcək hala gələcək.

Əgər münafiqin təsviri yaxşı bilinməsə, münafiqlər müsəlmanın arasında, iman gətirənlərin bütün nemətlərindən istifadə edərək sanki “vərəm mikrobu” kimi yaşamağa davam edər. Eynilə “parazit və mikrob kimi” gizlicə müsəlmanların orqanizminə daxil olarlar. Bir tərəfdən özlərini müsəlman kimi göstərib, onların imkanlarından istifadə edər, digər tərəfdən də İslama öz aləmlərində zərər verməyə çalışarlar. Buna görə də, münafiq xarakteri mütləq hər yerdə çox yaxşı bilinməli və tanınmalıdır.

Üstəlik münafiq əlamətlərinin və bu xəstə xarakterin çox yaxşı öyrənilməsi, İslam aləmində çox keyfiyyətli müsəlmanların yetişməsinə vəsilə olar. Çünki şeytanın bu çirkli əxlaqını öyrənən hər müsəlman, bütün bu deyilənlərdən öyüd alıb nəfsini qınayar və münafiqlərin əxlaqına bənzər kimi görünə biləcək bütün rəftarlarını düzəldər. Bunun nəticəsində də “imanda, gözəl əxlaqda dərinləşmiş, təqva cəhətdən üstün, ağlı, şüuru çox açıq, keyfiyyətli müsəlman cəmiyyətlər” meydana gələr.