Münafiq Allah adına yalan danışar

Yəni, münafiq qəlbindəki əxlaqsızlığa, xəbisliyə baxmayaraq Allahı şahid tutur, Allah adına

İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qatısıdır. (Bəqərə surəsi, 204)

Yəni, münafiq qəlbindəki əxlaqsızlığa, xəbisliyə baxmayaraq Allahı şahid tutur, Allah adına danışır, ayə ilə, Quranla söz deyər. Ayədə deyildiyi kimi, o, qatı bir düşməndir. Diqqət edin, adi bir düşmən deyil, qatı bir düşməndir. Onun dəhşətli bir kini var, münafiq gecə-gündüz müsəlmanlara necə zərər verəcəyini düşünür. Səhər oyanar, nə təbliğ, nə İslamı yaymaq, nə İslam Birliyi, nə küfrlə mübarizə, nə də darvinist və materialistlərlə mübarizə – bunlar onu, münafiqi maraqlandırmaz.

Münafiqin yeganə hədəfi müsəlmanlardır. Axırzamanda da Mehdi camaatının münafiqləri ən şiddətli olanlardır. Yəni son 1400 ilin ən şiddətli münafiqləri Mehdi dövründə zühur edən münafiqlərdir. Peyğəmbərimizin münafiqləri o dövrün ən şiddətliləri idi. Sonrakı ən şiddətli olanlarsa, 1400 il sonra Mehdi dövrünün münafiqləridir. Yəni, olduqca şiddətlidirlər. Və zaman keçdikcə Allah onların şiddətini daha da aşkar edər.

Münafiqlər haqqında deyilir ki, “Buna görə də Mehdi onları daima ayırd edib atar, onlar buğdaya daraşmış qurdlar kimidirlər”. Təmizləyər, yenə gələrlər. Təmizləyər, yenə gələrlər. Sonunda tərtəmiz buğdalar qalar, deyilir. 313 ədəd buğda. Allah münafiqləri bütün pislikləri ilə birlikdə iyrənc qurdlara bənzədir. Qurd haraya daraşar? Yaraya, çirkaba, çürümüş şeylərə daraşar.

Münafiqlər də elə çürümüş, murdar şeylərə daraşar, oralarda qidalanarlar. Buna görə də onların təmizlənməsi vacibdir, Allah onları hər hansı bir hadisələr yaradaraq təmizləyir. Məhəmməd surəsində Allah açıq şəkildə buyurur: “Məgər onlar (qəlbində xəstəlik olanlar) elə güman edirdilər ki, Allah onların kinlərini heç vaxt aşkara çıxarmayacaq?” Mütləq üzə çıxırlar, inşaAllah.