Mülk Surəsi, 23-26-cı Ayələr

De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!” Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” De: “Buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!” (Mülk surəsi, 23-26)