Mükəmməl insan əli

Bir çayı qarışdırmaq, kitabın səhifələrini çevirmək, yazı yazmaq kimi adi gördüyümüz

Bir çayı qarışdırmaq, kitabın səhifələrini çevirmək, yazı yazmaq kimi adi gördüyümüz əməliyyatları icra edən əlimiz mükəmməl mühəndislik möcüzəsi olaraq işləyir. Əl bir-birindən fərqli çoxlu sayda funksiyaya sahib, qüsursuz yaradılış dəlilidir. Çoxlu sayda əzələ və sinirə sahib olan qollarımız, şərtlərə görə əlimizin qüvvətli və ya yumşaq qavramasında köməkçi olurlar. Məsələn, insan əli yumruq sıxılmadıqda belə, 45 kiloqram qüvvə ilə istənilən obyekti vura bilər. Digər tərəfdən, baş barmağı ilə şəhadət barmağı arasında qalınlığı millimetrin onda biri olan kağız parçasını da hiss edə bilər.

Görüldüyü kimi bu iki əməliyyat da bir-birindən tamamilə fərqli xüsusiyyətlərə sahib əməliyyatlardır. Biri çox incə nizam tələb edərkən, digəri tam əksinə böyük güc tələb edir. Amma biz, kağızı götürərkən də, yumruq atarkən də 1 saniyə belə necə etməyimiz lazım olduğunu düşünmürük, ikisi arasındakı güc fərqini nizamlamağı da düşünmürük. Çünki insan əli bütün bu əməliyyatları eyni anda edə biləcək formada yaradılıb. Əldəki bütün barmaqlar, funksiyalarına görə ən uyğun uzunluqda və ən uyğun yerdədir, ayrıca bir-birlərinə mütənasibdirlər.

Məsələn, normal baş barmağa sahib əllə atılan yumruğun gücü, normaldan daha qısa baş barmağa sahib əlin atdığı yumruğun gücündən daha çoxdur. Çünki baş barmaq, özü üçün seçilən uyğun uzunluq sayəsində digər barmaqların üzərinə qıvrıla bilməkdə, beləcə onları dəstəkləyərək güc artımını təmin etməkdədir. Bütün bunlardan əlavə; insanda iki əlin eyni anda, mükəmməl uyğunluqla çalışdığı da əlavə olunduqda, əldəki yaradılışın qüsursuzluğu daha dəqiq ortaya çıxır.

Allah, əl orqanını insanlar üçün xüsusi olaraq yaradıb. Hər xüsusiyyəti ilə, Allahın yaratma sənətindəki qüsursuzluğu və nümunəsizliyi bizlərə göstərir. Bütün kainatdakı qüsursuz yaradılış insan bədənində də ən üst səviyyədə mövcuddur. İnsan bədəninin hər detalı Allahın Rəhman və Rəhim sifətini ən gözəl şəkildə sübutudur. İnsanın üzərinə düşən isə bu dəlillər üzərində diqqətlə düşünüb, rəhmətini hesabsız olaraq verən Allaha könüldən təslim olmaqdır.