Müjdə insanı canlandırır

Peyğəmbərimiz müjdəçi və xəbərdar edəndir

Allah “Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik” (Əhzab surəsi, 45) ayəsində Peyğəmbərimizin (səv) bir müjdəçi və xəbərdar edən olduğunu bildirir. Peyğəmbərimiz (səv) insanları həm cəhənnəm əzabına qarşı xəbərdar edib qorxutmuş, həm də onları dünyada yaxşıların daim üstün gələcəyi, axirətdə isə sonsuz cənnət həyatı ilə müjdələmişdir. Peyğəmbərimizin (səv) bu xüsusiyyəti Quran ayələrində belə bildirilir:

Biz səni müjdələyən və xəbərdar edən bir peyğəmbər olaraq haqq ilə göndərdik. Cəhənnəm əhli barəsində isə sorğu-suala tutulmayacaqsan. (Bəqərə surəsi, 119)

Biz onu haqq olaraq nazil etdik, o da haqq ilə nazil oldu. Səni də yalnız müjdəçi və xəbərdar edən bir elçi olaraq göndərdik. (İsra surəsi, 105)

Heç şübhəsiz, bunu (Quranı) aləmlərin Rəbbi nazil etmişdir. Onu Ruhul-əmin endirdi. Sənin qəlbinə endirdi ki, xəbərdar edənlərdən olasan. (Şuəra surəsi, 192-194)

Biz səni bütün insanlara yalnız müjdəçi və xəbərdar edən bir peyğəmbər olaraq göndərdik. Lakin insanların çoxu bunu bilmir. (Səba surəsi, 28)