Müharibəni kimlər istəyir?

Silah sektoru, bəzi mərkəzlər üçün həmişə fəaliyyətdə saxlanılan bir sektordur

Silah sektoru, bəzi mərkəzlər üçün həmişə fəaliyyətdə saxlanılan bir sektordur. O, iqtisadi böhranın təsir etmədiyi yeganə sektordur. Təklif və tələbin azalmadığı, daim ən yenilərinin satışa çıxarıldığı fəal bir sektordur. Çünki müharibələr davam etdirilir. Müharibələrin davam etdirilməsinin bir neçə metodundan biri isə; öz dinini müharibə dini hesab edən, buna görə də ölməyə və öldürməyə hazır olan cahil xalq kütləsinin qızışdırılmasıdır. Əlbəttə, bu xalq kütləsinin İslam adından ortaya çıxan radikallar olduğunu anlamaq çətin deyil.

Bəzi yeni mühafizəkarlar (neokonların) və Qərbdəki digər islam əleyhdarları vəhşətin radikallar tərəfindən dünyaya yayıldığını deyərkən haqlıdırlar. Ancaq bu insanlar, Üsamə bin Laden kimi bəzi liderlər barədə yanlış məlumatlara sahibdirlər. Adətən belə dırnaqarası liderlər, İslam və müsəlmanlıqla əlaqəsi olmayan, lakin müxtəlif kəşfiyyat orqanlarının nəzarətində saxlanılan kəslərdir. Bir mühitdə qarışıqlıq çıxardılması, bir yerdə müharibə başladılması lazım olduqda dərhal fəaliyyətə keçərlər. Qərb ölkələrinin barlarında, kafelərində vaxt keçirərkən, əmr gələn kimi saqqal buraxar, geyimlərini və üslublarını dəyişdirər, tipik bir Orta Şərq insanı görünüşünə bürünər və illərlə öyrəndikləri mövhumatları tətbiq etmək üçün fəaliyyətə keçərlər.

Bu şey, dünyada bir çox dəfə həyata keçirildi. Üsamə bin Laden isə, sadəcə bunu edənlərdən biri idi. Müsəlmanların Peyğəmbərimizin (s) Axırzamana aid ən böyük müjdəsi olan hz. Mehdinin (ə.s) gəlişinə bəslədiyi səmimi ümidlərindən istifadə edərək bin Ladeni hz. Mehdi (ə.s) kimi təqdim etməyə çalışdılar. Bir çox insanı buna inandırmağa çalışdılar. Bin Ladenlə başladılan əməliyyat təkcə Əfqanistana deyil, bütün müsəlman aləminə zərbə vurdu. Ssenarinin sonunda isə bin Ladenin ölü bədəninin görüntüləri yayılmalı idi. Bu, planın, bəlkə də, ən mühüm hissəsi idi. Plana görə müsəlman aləmi Mehdinin öldüyünü görəcək və bütün ümidlərini itirəcəkdi. Bu, İslam aləminin zəifləməsi və daha çox istismar edilməsi hazırlanmış sistemli bir ssenari idi.

I Radikal zehniyyətin nümayəndələri, əlbəttə ki, bu məsələdə təqsirkardırlar, amma onları dəstəkləyən bəzi mərkəzlər də görməzlikdən gəlinməməlidir. Silah sənayesi bu qədər güclü və gəlirli sahə olduğuna görə, müharibənin daim kiməsə faydası olar. Müharibəyə təşviq edilənlər əsasən radikallar, öz zalım əməlləri üçün buna ehtiyac duyanlar isə, bütün bunları idarə edənlərdir. Bu rəhbərlər üçün, müharibəyə hazır cahil qruplar çox münasib idi. Asanlıqla müharibəyə daxil ediləcək piyadalardır.

Radikallardan şikayətlənən amerikalılar və ya avropalılar, bu rəhbərlərin onların lap yaxınlığında olduğunu unutmamalıdırlar. Bu fakt, əlbəttə, radikalların və mövhumatçıların pəncəsinə düşmüş və məzhəblərə ayrılaraq bir-birinə düşmən kəsilmiş insanların günahını yüngülləşdirmir. Lakin yenə də bu mühüm həqiqət görməzlikdən gəlinməməlidir. Necə ki, müsəlman ölkələrdə açıq şəkildə üsyanlar və nümayişlər təşkil edən və bunları idarə edən müxtəlif təşkilatlar bu hədəflərini açıq şəkildə dilə gətirməkdən çəkinmirlər.