Müharibəni kimlər istəyir?

Silah sektorunu bir çox mərkəzlər daima canlı tutmağa çalışırlar

Silah sektorunu bir çox mərkəzlər daima canlı tutmağa çalışırlar. Silah sektoru yeganə sektordur ki, iqtisadi böhrandan təsirlənmir, tələbat olur və davamlı olaraq satışa yeniləri çıxarılır. Silaha niyə tələbat çox olur? Çünki müharibələri canlı tutmağa çalışırlar. Bunun üsullarından biri: Öz dinini müharibə dini zənn edən, buna görə də ölüb-öldürməyə hazır olan cahil xalq kütləsini təhrik etmək. Bu təsvirə ən çox kimlərin uyğun gəldiyini təxmin etmək heç də çətin deyil: İslam adından ortaya çıxan radikal qruplaşmalar.

Radikal fikir sahibləri, əlbəttə, buna görə günahkardırlar. Lakin onlara dəstək verən çevrələri də görməzdən gəlmək olmaz. Silah sənayesi bu qədər güclü və mənfəətli ikən müharibə daima onların işinə yarayır. Demək olar ki, ən çox radikal qruplaşmalar savaşa təşviq edilirlər. Lakin savaşa zalım əməlləri üçün ehtiyac duyanlar bütün bunları yönləndirənlərdir. Onlar üçün müharibəyə hazır olan cahil qruplar asan şəkildə idarə olunacaq “piyada”dırlar.

blank