İslamda düşmən necə ola bilər ki? İslam dini bütün insanların bərabər və qardaş olmasının tərəfdarıdır. İslam dininə əsasən, insan rəngindən, dilindən, irqindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, sırf insan olduğu üçün hörmətə layiqdir. Bütün haqq dinlərin bildirdiyi şəkildə insanlar hz. Adəmin uşaqları olaraq qardaşdırlar. Bu qardaşlıq prinsipi dindar olmağın şərtlərindəndir. İslam irq üstünlüyü fikrinə əsaslanan, insanları “inkişaf etmiş” və “ibtidai insan” olaraq iki yerə bölən bütün faşist ideologiyalara, həmçinin materialist və darvinist düşüncələrə qarşıdır. Bu səbəbdən, həmin azğın ideologiyaların gətirdiyi qarşıdurma və savaş anlayışlarını təkzib etməklə yanaşı, bunlara qarşı elmi mübarizə aparır.
İslamda hər insanın hörmətə layiq olduğuna dair qanun insanlar arasında hər cür münasibətin təməlini yaradır. Davranışları yanlış olan şəxs belə İslama görə daima potensial yaxşılığa yönələn insandır. Odur ki, həqiqi müsəlmanın düşməni ola bilməz. Hər müsəlman başqalarına şəfqətlə yanaşmalı, gözəl əxlaq nümunəsi göstərməlidir. Düşmən qazanıb onu itirməməlidir.
Quranda insanlara xitab edilərkən üstünlük mövzusunda hər hansı ayrı-seçkilik edilmədən “Adəm oğulları” ifadəsindən istifadə olunması bu mövzuda bütün insanların bərabər yaradıldıqlarını göstərir:
Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik. (İsra surəsi, 70)
Müharibə üçün əsası olmayan dinin savaş dini kimi tanıdılması yalnız xurafatçıların əməllərindən qaynaqlanır. Dünyada bir çox insan İslamla əlaqədar bu açıqlamaları bilmədiklərinə və radikalların etdiklərinə şahid olduqlarına görə İslam haqqında çox yanılırlar. Onlar radikal düşüncəyə mənsub şəxslərin Qurandan kənar hökmləri tətbiq etdiklərinin və tamamilə fərqli din mənimsədiklərinin fərqində deyildirlər.

