Quranda təsvir edilən müharibələr mövzusunda əhəmiyyətli məqam, həmin müharibələrdə yer alan “qarşı tərəf”dir. Bəzi dini və tarixi mənbələrdə, Peyğəmbərimizin (s) dövründə musəvilərlə (yəhudi millət adıdır, musəvilik din adıdır) müharibə aparıldığı yazılır. Həmin bu mənbələrdən məlumat toplayan bəzi insanlar da, qeyd olunan xüsusi müharibələr üçün nazil edilən ayələrin musəvilərə aid olduğunu iddia edərək, Quranda antisemitizm axtarmağa çalışarlar. Halbuki bu, böyük bir yalandır.
Peyğəmbərimiz (s) və müsəlmanlara, qeyd olunan zülmü edənlər müşriklər idi. Onları əksəriyyəti bütpərəst olub, məqsədləri bütlərinə və azğın inanclarına zərər gəlməsinin qarşısını almaq idi. Bəziləri isə musəvilərin arasından çıxan münafiq və müşriklər idi. Onların yəhudi adlandırılması böyük səhvdir. Necə ki, müsəlmanların arasından çıxan müşrik və münafiqləri müsəlman adlandırmaq olmazsa, musəvilərin arasından çıxan və vəhşət saçan müşrik və münafiqləri də musəvi adlandırmaq olmaz. Həqiqi musəvi vuruşmaz, dindar insanların canına qıymaz.
Quran antisemitizmi lənətləyir. Məhz buna görə də, Quranda musəvi düşmənçiliyi ilə bağlı dəlil axtaranların əli həmişə boş qalar. Müharibə ilə bağlı ayələri musəvilərlə əlaqələndirməyə çalışanlar bunu yaxşı qavramalıdırlar. Peyğəmbərimiz (s) yaşadığı dövrün musəviləri ilə həmişə yaxşı münasibətlər saxlamış, onlara sevgi və şəfqət göstərmiş, eynilə həqiqi dindar musəvilər də eyni sevgi və hörməti Peyğəmbərimizə (s) qarşı göstərmişdirlər. Onların yığıncaqlarına qatılmış, yeməklərindən yemiş, hətta onlardan xanımla evlənmişdir.
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (musəvi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır. (Maidə surəsi, 5)

