İslamda hər ideologiyaya, hər millətə, hər etnik qrupa və hər düşüncəyə hörmətlə yanaşılır. İslamda fikir azadlığı vardır və bütün fikirlər dinlənilir. Belə bir demokratiya anlayışının və hürriyyətin mövcud olduğu dində fikir ayrılığı və ya etnik fərqə görə müharibə etmək mümkün deyil.
Qurana əsasən, müsəlman lider başçılıq etdiyi cəmiyyətdəki xristian, musəvi, ateist, kommunist, aqnostik, buddist və s. kimi digər fərqli düşüncələrə malik insanları qucaqlamalıdır. Belə ki, fikir azadlığını tamamilə mənimsəyib insanlara hürriyyət verməlidir. Azadlığın olmadığı yerdə qarşıdurmalar və iki üzlü insanlar ortaya çıxır. Bunların hamısının qarşısını alıb Quranın əmrini yerinə yetirməlidir. Müsəlman “Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun” (Nisa surəsi, 135) ayəsinə əsasən, inanc və etnik ayrı-seçkilik etmədən ədaləti ayaqda tutmalıdır. Öz əleyhinə olsa da.

