Müharibə haqqında yanlış bilinənlər

Qurana dil uzadanların yanlış şərhləri

Qurana dil uzadanlar öz xurafatlarını Quranın yerinə din kimi hakim etmək üçün bu ayənin yanlış izahından dəlil kimi istifadə ediblər. Bu ayəni istədikləri kimi şərh edərək bir neçə ayəni hökmdən qaldırıb yerinə uydurma hədisləri daxil edəcəklərini zənn ediblər. Bir çoxları isə iddia edir ki, sərxoşedici içkilər və ya müharibə ilə bağlı nəsh edilmiş ayələr mövcuddur. Buradan yola çıxaraq müsəlmanları nəshə inanan və inanmayan olaraq iki yerə ayırmağa çalışıblar.

Burada həmin şəxslərin barəsində son dərəcə yanıldıqları ayənin açıqlaması belədir:

“Biz bir ayəni dəyişdirir” ifadəsində işlənən “ayə” sözü qrammatik yöndən tək halda verilib. “Ayə” sözünün dəlil, möcüzə kimi mənaları da var. Lakin Quran ayələrinə işarə edən “ayə” sözü Quranın heç bir yerində tək halda verilməyib. Tək halda işlənən yerlərin hamısında dəlil mənasında istifadə olunmuş, başqa ayələrin hamısında belə tərcümə edilmişdir.

Belə ki, buradakı məna Quran ayələri mənasında deyil, daha əvvəl gələn dəlil, qanun və şəriət mənasındadır. Ayəyə əsasən, haqq kitab göndərilən keçmiş ümmətlərin, yəni musəvi və xristianların tabe olduqları bəzi hökmlər zamanla unudulubsa, bunlar Quran vasitəsilə xatırladılır və ya ortadan qaldırılır. Bunun əvəzinə isə bənzəri və ya daha xeyirlisi Quranla gətirilmiş olur.

Burada ayədə işlənən “unutdurmaq” kəlməsinin üzərində xüsusilə dayanmaq lazımdır. Bir hökmün digərini nəsh etməsi üçün o biri hökm unudulmalıdır. Quranda ayələrin hamısı 1400 il boyu dəyişmədən qaldığına görə bir ayənin digərini nəsh etməsi düşünülə bilməz. Xurafatçıların nəsh edildiyini iddia etdikləri hökmlər unudulmamışdır, Quranda hələ də mövcuddur. Açıq şəkildə başa düşülür ki, burada bəhs edilən nəsh mövzusu keçmiş ümmətlərə aiddir və zamanla unudulan hökmlər üçündür. Keçmiş ümmətlərə endirilən, lakin unutdurulan hökmlər bunların daha xeyirlisi və ya bənzəri şəklində Quran vasitəsilə həmin cəmiyyətlərə göndərilmişdir.