Mücəddidlər nə vaxt göndərilirlər?

Ashabı Kütüb-i Sittədən İmam Hakimin “Müstedrek” kitabında və Əbu Davudun “Kitab-ı Sünen”

“Ashabı Kütüb-i Sittədən İmam Hakimin “Müstedrek” kitabında və Əbu Davudun “Kitab-ı Sünen” kitabında, Beyhaki “Şuabı İman”da dəlillərə əsaslanaraq irəli sürdükləri: “Hər yüz ildə bir Allah Təala bir mücəddid (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə açıqlamaq üzrə göndərilən böyük İslam alimi, yeniləyici) göndərir.” hədisi şərifinə məzhər (sahib, çatmış) və masadak (ifadə edilən xüsusiyyətlərə tam olaraq uyğun gələn) və müzhiri tam olan (xəbərdarlıq vəzifəsini tam olaraq yerinə yetirən)…” (Bədiüzzaman Səid Nursi, “Barla Lahikası”, səh. 119)

Bədiüzzaman Peyğəmbərimizin hədislərinə əsaslanaraq Allahın hər əsrin əvvəlində bir mücəddid göndərəcəyini bildirir. Peyğəmbərimiz bir başqa hədisində “hər əsrdə bir mücəddid göndərildiyini” belə bildirmişdir:

“Həqiqətən Əziz və Cəlil olan Allah hər yüz ilin əvvəlində bu ümmətin dinini bidətdən (dinə sonradan əlavə edilən xurafatlardan) təmizləyəcək, yeniləyəcək (elm sahibi) bir şəxs göndərər.” (Sünəni-Əbu Davud, 5/100)

Hədisdə Allahın hər yüz ildə bir mücəddid, yəni dini xurafatlardan təmizləyib Quranda izah edildiyi kimi ortaya qoyan, Peyğəmbərimizin sünnəsi ilə hərəkət edən, zamanın ehtiyaclarına görə insanların ağlında yaranan suallara Qurandan həll yolu gətirən bir şəxsi göndərdiyi ifadə edilir. Axırzamanın böyük mücəddidi də hz. Mehdi olacaq. Hz. Mehdi bir çox hədisdə bildirildiyi kimi, Quran əxlaqını əskiksiz tətbiq edəcək, dini batil inanc və tətbiqlərdən təmizləyəcək, Peyğəmbərimizin sünnəsini yenidən canlandıracaq və bunu bütün dünyaya hakim edəcək.

# Hicri 12-ci əsrin (Hicri 1200-1300) mücəddidi kimdir?

“Yuxarıdakı hədisi şərifin “hər yüz ilin əvvəlində dini təcdid edəcək (yeniləyəcək) bir mücəddid (yeniləyici) göndərir” müjdəsinin verdiyi məlumatlara uyğun) olaraq Həzrət-i Mövlana Xalidi Bağdadi -əksər əhli həqiqətin təsdiqi ilə (din alimlərinin böyük əksəriyyətinin təsdiqi və ittifaqı ilə)- 1200-cü ilin, yəni on ikinci əsrin mücəddididir.” (Bədiüzzaman Səid Nursi, “Barla Lahikası”, səh. 120)

Bədiüzzaman bu sözündə Mövlana Xalidi Bağdadinin 12-ci əsrin mücəddidi olduğunu açıqlayır. Hədislərdə bildirildiyi kimi, Peyğəmbərimizdən hər əsrin əvvəlində insanlara din əxlaqını və hökmlərini izah edən, dövrün ehtiyaclarına görə açıqlamalar edən bir mücəddid gəlmişdir. Məsələn, İmam Rəbbani hicri 1000-ci ilin mücəddididir.

Mövlana Xalidi Bağdadi hicri 1193-cu (miladi 1779-cu) ildə doğulmuş, hicri 1242-ci ildə (Miladi 1827) vəfat etmişdir. Bu mübarək insan İslam alimlərinin böyük əksəriyyətinin ittifaqı ilə, hicri 12 və 13-cü əsrlər arasındakı mücəddiddir. Bədiüzzaman da bu həqiqətə diqqət çəkir.

# Hicri 13-cü əsrin (hicri 1300-1400) mücəddidi kimdir?

“Tam yüz il sonra Risalə-i Nurun bütün hissələrinə tam əməl edilərək dörd tərəfdə eyni vəzifəni icra etdiyinə görə… səhih hədislərin də ifadəsi ilə Risalə-i Nur dini yeniləmə barəsində bir mücəddid hökmündədir.” (Bədiüzzaman Səid Nursi, “Barla Lahikası”, səh. 121)

Bədiüzzaman bu sözündə isə Mövlana Xalidi Bağdadidən yüz il sonra özünün və əsərlərinin mücəddid vəzifəsini yerinə yetirdiyini açıqlayır. Buna görə də 13-ci əsrin mücəddidi Bədiüzzaman Səid Nursidir.

Bədiüzzaman Səid Nursi Mövlana Xalidi Bağdadidən tam 100 il sonra, hicri 1293-cü (Miladi 1878-ci) ildə doğulmuşdur. Hicri 1379-da (Miladi 1960) isə vəfat etmişdir. Bədiüzzaman hicri 12-ci əsrin mücəddidi Mövlana Xaliddən yüz il sonra, yəni 13-cü əsrdə böyük imani xidmət etmişdir. Buna görə də Bədiüzzaman da 13 və 14-cü əsrlər arasındakı mücəddiddir.

Bədiüzzaman Risalə-i Nurun mücəddidlik, yəni dini yeniləmə vəzifəsini tam olaraq yerinə yetirdiyi qənaətinə gəldiyini ifadə etmişdir. Risalə-i Nurun təsirləri ilə mücəddidlərin fəaliyyətləri bir-biri ilə uyğun gəlir, 12-ci əsrdə yaşamış Mövlana Xalid Bağdadi ilə eyni vəzifəni, hicri 13-cü əsrdə Bədiüzzamanın vəsilə olduğu Risalə-i Nur yerinə yetirmişdir. Buna görə də hicri 12-ci əsrin mücəddidi Mövlana Xaliddən yüz il sonra nəşr olunan Risalə-i Nur, buna görə də risalələrin müəllifi olan Bədiüzzaman da 13 və 14-cü əsrlər arasındakı mücəddiddir.

Bədiüzzamanın burada irəli sürdüyü bir başqa əhəmiyyətli mövzu vardır. Bütün elçilər və peyğəmbərlər kimi, Peyğəmbərimizdən sonra gələn və İslam tarixində yer alan heç bir mücəddid və ya müştəhid də şəxsi-mənəvi olaraq göndərilməmişdir. Allahın Quranda bildirdiyi Adətullahına uyğun olaraq bütün mücəddidlər insanları xəbərdar edib qorxudacaq, onları Allahın razılığı, rəhməti və cənnəti ilə müjdələyə biləcək, onlara doğrunu yanlışdan ayıran hidayət rəhbəri ola biləcək bir insan olaraq gəlmişlər. Hər birinin tələbələri və təqibçilərindən ibarət şəxsi-mənəviləri olmuşdur.

# Hicri 14-cü əsrin (hal-hazırda yaşadığımız əsrin, hicri 1400-1500) mücəddidi kim olacaq?

“İndi aydın olur ki, şəddəli “lamlar”“mimlər” cüt sayılsaydı, bir əsrdən sonra zülmü ortadan qaldıracaq şəxslər Hz. Mehdinin şagirdləri olacaq.” (Bədiüzzaman Səid Nursi, “Şüalar”, səh. 605)

Bədiüzzaman “bir əsr sonra” İslam dünyasının məruz qaldığı zülmün ancaq hz. Mehdi vəsiləsi ilə aradan qaldırılacağını söyləmişdir. Onun yaşadığı dövrdən sonra gələn əsrdə, yəni hicri 1400-cü illərdə hz. Mehdinin edəcəyi fəaliyyətlərlə müsəlmanların böyük bəlalardan qurtarıb hüzurlu həyat yaşayacaqlarını bildirmişdir.

“Dünyanın gələcəkdə 1400 İL SONRA GƏLƏCƏK bir HƏQİQƏTİ öz yaşadıqları əsrə KARİB (yaxın) ZƏNN EDİBLƏR.” (Bədiüzzaman Səid Nursi, “Sözlər”, səh. 318)

Bədiüzzaman bu sözləri ilə İslam tarixində bir çox şəxsin hz. Mehdinin öz dövrlərində gələcəyini düşünərək yanıldıqlarını ifadə etmiş və hz. Mehdinin zühur vaxtı haqqında məlumat vermişdir.

Bədiüzzaman hz. Mehdinin, Peyğəmbərimizdən “1400 İL SONRA” gələcəyini xatırlatmışdır. Bu, çox əhəmiyyətli məlumatdır. Bədiüzzaman burada nə 1373, nə 1378, nə 1398, nə də başqa tarix verməmiş, tam olaraq 1400 il sonrasından bəhs etmişdir. Bu tarix miladi 1979-cu ilə uyğun gəlir. Hicri 13-cü əsrin mücəddidi olaraq hicri 14-ə əsrə qədər mücəddidlik vəzifəsini yerinə yetirən Bədiüzzaman, hicri 1379, yəni miladi 1960-cı ildə vəfat etmişdir. Buna görə də Bədiüzzaman hz. Mehdinin öz yaşadığı dövrdən xeyli sonra gələcəyini bildirmişdir.

Bədiüzzaman “1400 İL SONRA” tarixini verərək eyni zamanda “14 və 15-ci əsrlər arasında vəzifə icra edəcək mücəddidin də hz. Mehdi olduğunu” xəbər verir.

Bununla yanaşı, Bədiüzzaman hz. Mehdi haqqında “1400 il sonra GƏLƏCƏK” ifadəsindən istifadə edərək, hz. Mehdinin dəqiq “gələcəyini” müjdələyir. Bədiüzzaman bu sözləri ilə hz. Mehdinin şəxsi-mənəvi olmadığını, “ifadə edilən tarixdə gələcək bir şəxs olduğunu” açıqlayır.

Bədiüzzaman verdiyi bu məlumatla hz. Mehdinin keçmişdə və Bədiüzzamanın öz yaşadığı dövrdə hələ gəlmədiyi mövzusunu da açıqlayır. Çünki diqqət yetirilsə, Bədiüzzaman “hz. Mehdi gəldi, ya da gəlib” demir, “gələcək zaman” ifadə edən sözlərdən istifadə edir və “GƏLƏCƏK” deyir.

Bədiüzzaman daha əvvəl də bir çox insanın hz. Mehdinin zühur tarixi ilə əlaqədar fərqli fikirlərə düşdüklərini və bu mübarək şəxsin “öz yaşadıqları əsrə yaxın” tarixdə gələcəyini zənn etdiklərini ifadə etmişdir. Ancaq Bədiüzzaman “KARİB (YAXIN) ZƏNN EDİBLƏR” deyərək bu şəxslərin hz. Mehdinin əvvəlki tarixlərdə çıxmış ola biləcəyini düşünməklə yalnız “zənn etdiklərini”, ancaq yanıldıqlarını xatırlatmışdır. Əslində isə hz. Mehdinin “hicri 1400-cü ildə” gələcəyini və bu tarixdən sonra fəaliyyətlərinə başlayacağını bildirmişdir. Bədiüzzamanın verdiyi bu tarix Peyğəmbərimizin hədislərində verilən məlumatlara uyğundur.