Mücəddidlər nə vaxt göndərilirlər?

“Ashabı Kütüb-i Sittədən İmam Hakimin “Müstedrek” kitabında və Əbu Davudun “Kitab-ı Sünen” kitabında, Beyhaki “Şuabı İman”da dəlillərə əsaslanaraq irəli sürdükləri: Hər yüz ildə bir Allah Təala bir mücəddid (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə açıqlamaq üzrə göndərilən böyük İslam alimi, yeniləyici) göndərir.. hədisi şərifinə məzhər (sahib, çatmış) və masadak (ifadə edilən xüsusiyyətlərə tam olaraq uyğun gələn) və müzhiri tam olan (xəbərdarlıq vəzifəsini tam olaraq yerinə yetirən)…” (Barla Lahikası, səh. 119)

Bədiüzzaman Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq Allahın hər əsrin əvvəlində bir mücəddid göndərəcəyini bildirir.

Peyğəmbərimiz (s.ə.v) bir başqa hədisində “hər əsrdə bir mücəddid göndərildiyini” belə bildirmişdir:

“Həqiqətən Əziz və Cəlil olan Allah hər yüz ilin əvvəlində bu ümmətin dinini bidətdən (dinə sonradan əlavə edilən xurafatlardan) təmizləyəcək, yeniləyəcək (elm sahibi) bir şəxs göndərər.” (Süneni Əbu Davud, 5/100)

Hədisdə Allahın hər yüz ildə bir mücəddid, yəni dini xurafatlardan təmizləyib Quranda izah edildiyi kimi ortaya qoyan, Peyğəmbərimiz (s.ə.v)- in sünnəsi ilə hərəkət edən, zamanın ehtiyaclarına görə insanların ağlında yaranan suallara Qurandan həll yolu gətirən bir şəxsi göndərdiyi ifadə edilir. Növbəti hissələrdə açıqlanacağı kimi, Peyğəmbərimiz (s.ə.v)-dən sonrakı hər əsrin əvvəlində insanlara doğrunu göstərəcək bir mücəddid göndərmişdir. Axırzamanın böyük mücəddidi də hz. Mehdi olacaq. Hz. Mehdi bir çox hədisdə bildirildiyi kimi, Quran əxlaqını əskiksiz tətbiq edəcək, dini batil inanc və tətbiqlərdən təmizləyəcək, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini yenidən canlandıracaq və bunu bütün dünyaya hakim edəcək.