Möminlərə Quranda bildirilən ən əhəmiyyətli sirlərdən biri, aralarında mübahisə etməmələri, əks halda güclərinin azalacağı, birliklərinin pozulacağı və ruhdan düşəcəkləri xəbər verilir. Bu ayə belədir:
Allah və Onun Peyğəmbərinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir. (Ənfal surəsi, 46)
Qurana ən uyğun olan əxlaq təvazökar, ara düzəldən, həll yolu və asanlıq gətirən əxlaqdır. Bunun əksi olanda insanlar arasında mübahisələr, ixtilaflar olacaq. Hər insan əlbəttə ki, fərqli düşüncələrə sahib ola bilər. Məsələn bir mövzunun həlli üçün 20 insan 20 fərqli fikir təklif edə bilər. Bunların hər biri haqlı, doğru və ya əsaslı ola bilər. Ancaq, hər kəs öz istədiyinin olması üçün israr etdiyində qarışıqlıq və ixtilaf çıxacağı aydındır. Bu vəziyyətdə bu 20 adam birlik olacağı halda, öz fikrini qəbul etdirmək üçün, qardaşları ilə mübahisəyə girişəcək və bütün gözəl fəaliyyətlər axsayacaq. Buna görə də, bu 20 adamın bütün gücü gedəcək, aralarındakı birlik və qardaşlıq pozulacaq.
Halbuki möminlərin bir-birləri ilə mübahisə etməməsi bir tərəfə, bir-birlərinə qarşı son dərəcə fədakar olmalı, bir-birlərini çox sevməli, çox güclü həmrəylik və kömək etməlidirlər. Xüsusilə çətin dövrlərdə, həmişəkindən daha çox Allahı zikr etməli, bir-birlərinə qarşı həmişəkindən daha çox anlayışlı və asanlaşdırıcı olmalıdırlar. Mübahisə necə güc aparırsa, birlik və bərabərlik də əksinə möminlərə güc verir. Allah bir başqa ayəsində möminlər bir-birlərinə dost və köməkçi olmasalar, dünyanın fitnə-fəsad içində olacağını ayrı bir sirr olaraq verib:
Kafirlər də bir-birlərinin dostlarıdır. Siz onu (Allahın əmrlərini) yerinə yetirməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar. (Ənfal surəsi, 73)
Bunların hər biri Allahın sirr olaraq bildirdiyi və müsəlmanların üzərinə yüklədiyi məsuliyyətlərdir. Heç bir müsəlman, bir başqa qardaşı ilə arasındakı mübahisə üçün “bununla nə olacaq ki?” deməməlidir. Çünki Allahın bildirdiyinə görə bu, müsəlmanların gücdən düşməsi deməkdir və bunun müsəlman üzərində məsuliyyəti olar.
Müsəlmanlar bir-birlərinin səhvlərini, xətalarını, qüsurlarını araşdırmamalı, bir-birlərinə qarşı örtü funksiyası yerinə yetirərək, şəfqət və mərhəmətlə bir-birlərini tamamlamalıdırlar. Bunun nəticəsində bütün güclərini Allahın dinini, Quran əxlaqını insanların arasında yaymağa, insanlara Allahın varlığının dəlillərini izah edəcək elmi işlərə verə bilər və bütün insanlığa böyük xidmət etmiş ola bilərlər. Ancaq unutmamaq lazımdır ki, hər kəs əsas öz axirətini qazanmaq, Allahın əzabından qorunmaq üçün xidmət edər.

