Mövlana həqiqəti

İslam dininə qarşı çıxan bəzi insanların Mövlananın bəzi fikirlərinə böyük maraq və simpatiya

İslam dininə qarşı çıxan bəzi insanların Mövlananın bəzi fikirlərinə böyük maraq və simpatiya göstərmələri çox diqqətçəkəndir. Allaha, Peyğəmbərimizə (s) və islama qarşı olan, hətta “hər cür dini düşüncəyə qarşı olduqlarını” açıqca deyən bəzi şəxslərin, “Mövlananın fikirləri və əsərləri haqqında tam əks yanaşma tərzi göstərmələri” çox vacib məsələdir.

İslama qarşı olan bu insanlarla yanaşı, “özlərini müsəlman kimi tanıdan, lakin dinə qarşı soyuq olmaları ilə münafiq xarakterli insanlar da, eyni şəkildə Mövlananın fikirlərinə isti yanaşmaları” diqqət çəkir.

Bu vəziyyətin səbəblərini anlamaq üçün, əvvəlcə Mövlananın əsərlərinin və fikirlərinin daha yaxından araşdırmaq lazımdır.

Məlum olduğu kimi Mövlana Cəlaləddin Rumi XIII əsrdə yaşamışdır. Ən mühüm əsərlərindən biri “Məsnəvi”dir. Onun vəfatından sonra toplanmış və yazılmış olan bu əsərdəki fikirlərin nə qədərinin Mövlanaya, nə qədərinin başqalarına aid olduğu mübahisəli məsələdir. Bəzi tarixçilər “Məsnəvi”nin Mövlananın oğlunun yazıb atasına aid etdiyini, bəziləri də “Məsnəvi”nin 3 ayrı insan tərəfindən qələmə alındığını irəli sürür.

“Məsnəvi”nin həqiqi müəllifi kim olsa da, bu əsərdə Qurana uyğun olmayan bir çox izahlar vardır. Bu izahatlarda, Quranda açıqca “haram” olduğu bildirilən bəzi hərəkətlərin, “İslama görə guya qanuni olduğu” irəli sürülür. Çox açıq və qeyri-münasib üslublarla, “homoseksuallıq və uşaqlara təcavüz edilməsinə aid hekayələrdən bəhs edilir”, “qadınlar alçaldılaraq cinsiyyət ayrı-seçkiliyi edilir”, “şərabın halal olduğu müdafiə edilir”, “Məsnəvinin müqəddəs kitab olduğu irəli sürülür”, “həyatın təkamüllə meydana gəldiyi bildirilir”, “Mövlananın peyğəmbər olduğu eyham edilir”. Halbuki bunlar, İslama və Quran hökmlərinə tamamilə zidd fikirlərdir.

Mövlanaya aid edilən; Qurana və İslam əxlaqına uyğun olmayan izahatların “guya İslam üçün” yayılması həm dini, həm də ictimai baxımdan böyük təhlükədir. İslam haqqında kifayət qədər məlumata sahib olmayan bəzi müsəlmanların, qarşılaşdıqları bu vəziyyətə görə “zehinləri qarışa” bilər və şüursuzca Quranın qanunlarından və inanclarından uzaqlaşa bilərlər.

Üstəlik, bu vəziyyət, İslamı öz şirk inancları ilə təhrif etmək istəyən münafiqlər üçün çox əlverişli zəmin yaratmışdır. Tarixin hər dövründə Allaha şirk qoşan ideologiyaları müdafiə edərək İslamı pozmağa çalışan bəzi münafiq xarakterli insanlar, əsrimizdə də bu məqsədlə “Məsnəvi”dəki Qurana zidd olan izahatlardan istifadə edirlər.

“Müsəlman adı daşıyan”, lakin “özlərini müsəlman kimi görməyən” bu kəslər Mövlananın əsərlərini və fikirlərini mənbə göstərərək “guya din naminə” İslam əxlaqına zidd inanclar və düşüncələri müdafiə edirlər.

Quran əxlaqı ilə əlaqəsi olmayan düşüncələr və davranışların müsəlmanların inanc sisteminə daxil edilməyə çalışılması çox ciddi “təhlükə”dir. Buna görə də, “İslama qətiyyən uyğun olmayan bir fəlsəfənin saxtakarlığının ortaya çıxarılması” olduqca əhəmiyyətlidir.

Dəccal, son illərdə Avropada Rumilik (Mövləvilik) adı ilə yeni din yaratmışdır, Sufilik və Buddizmin batil və şirk dinini təməl alaraq, insanları bütün səmavi dinlərdən uzaqlaşdırıb, bu batil, müşrik dinə toplamağa çalışır.

Rumilik cərəyanının kökündə Allahın yaratmasını inkar edən darvinizm, Allahın Quranda çirkin əxlaqsızlıq adlandırdığı və haram etdiyi homoseksuallıq, qadınları ikinci sinif olaraq görüb alçaltmaq, irqçi yanaşma ilə türk millətini pisləmək və şərabı halal görmək kimi qeyri-əxlaqi və Qurana zidd inanclar var. Rumilik İslamsız və Quransız müsəlman anlayışını ortaya çıxarmaq üçün bəzi qruplar tərəfindən xüsusi və şüurlu şəkildə istifadə edilən fəlsəfədir.

Rumiliyi İslamın yerinə mənimsətməyə çalışan insanların ortaq fikirlərinə baxdıqda görünür ki, onların böyük qismi homoseksuallığı və Quran əxlaqına uyğun olmayan həyat anlayışını müdafiə edir, elmi dəlilləri olmadığı halda təkamülü təbliğ edirlər. Bunlardan xəbərsiz olan bir çox adam böyük ehtimalla xoş niyyətlə Mövlananın kitablarından alınan bəzi cümlələri yayarkən fərqində olmadan rumilik fəlsəfənə kömək etmiş olurlar.

Mövlana həqiqətləri ilə əlaqəli Youtube kanalımda videolar vardır, istəyən izləyə bilər, inşaAllah.