“Ya mənim dinimə qayıt, ya da öl!” – bu, mövhumatçı düşüncəyə əsaslanan radikalizmin şüarıdır. Bəzi insanlar bu şüara görə Mövhumatçılıq və radikalizmi İslam dini hesab edirlər. Halbuki Mövhumatçılıq İslamdan ayrı bir dindir. Bu azğın dinin nümayəndələri digər inanclara qarşı tolerant deyil. Bu gün dünya miqyasında insanlar arasında İslamla bağlı çox ciddi cəhalət yayılıb.
Xurafatlarla və əsassız ön mühakimələrlə zehinləri zəhərlənmiş bəzi insanlar İslamı səhv tanıyırlar. Əslində sülh, sevgi, birlik və qardaşlıq dini olan İslamı (Allahı tənzih edirik) terror və vəhşiliyin qaynağı olaraq görür və qan tökən qorxu dini hesab edirlər. Bu böyük cəhalət küçədəki insanlardan tutmuş bəzi dövlətlərin yüksək vəzifəli nümayəndələrinə qədər geniş miqyasda hakim vəziyyətdədir.
