Möminlərlə birlikdə olmaq

Möminlərin birliyi Quran əmridir

Allah Quranın bir çox ayəsində möminlərin birlikdə olmalarını, dünya həyatını istəyərək möminlərdən başqa istiqamətə yönəlməmələrini əmr edir. Həmçinin bir ayədə möminlərin dağılıb ayrılmaması da əmr edilir:

Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz (Ali İmran surəsi, 103)

Həyatını Qurana görə yaşayan bir insan əlbəttə ki, Allahın bütün əmrlərinə tabe olduğu kimi bu əmrlərə də tabe olmaqla borcludur. Möminlərlə birlikdə olmaq isə hər insan üçün böyük bir gözəllik və dəstəkdir. Məsələn, hz. Musa Allah özünə peyğəmbərlik vəzifəsini verdikdən sonra qardaşı hz. Harunu da yanına köməkçi olaraq istəmişdir. Möminlər həmişə bir-birlərinə Allahı xatırladarlar, bir-birlərini pisliklərdən və ya səhvlərdən çəkindirərlər, hər mövzuda bir-birlərinə dəstəkçi və köməkçidirlər. Həmçinin bütün insanlar içində ən gözəl əxlaqa sahib, daim vicdanlı davranan insanlar möminlərdir. Bu səbəbdən, onların olduğu yerlər ən etibarlı, ən dinc mühitlərdir.