İmanın və inkarın insanların üzlərinə və dərilərinə əks olunması Allahın Quranda bildirdiyi sirlərdən başqa biridir. Allah bir çox ayəsində iman edənlərin üzlərində bir nur, inkarçıların üzlərində isə qaranlıq bir zillət olduğunu bildirir:
“Onları görərsən; zillətdən başları önlərinə düşmüş bir halda, ona (atəşə) təqdim edilərlərkən göz ucuyla sezdirmədən baxarlar…” (Şura surəsi, 45)
Allahın bu ayələrdə bildirdiyi kimi, inkarçıların üzündə zillət və bir qaraltı vardır. Möminlərin üzləri isə nurludur. Allah onların üzlərindəki səcdə izindən tanındıqlarını bildirir:
“Məhəmməd Allahın elçisidir. Və onunla birlikdə olanlar da kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir…” (Fəth surəsi, 29)
Allah başqa ayələrində də inkarçıların və günahkarların simalarından tanındıqlarını bildirir:
“(Çünki o gün) Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.” (Rəhman surəsi, 41)
“Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. And olsun, sən onları danışıq tərzlərindən də tanıyarsan. Allah sizin əməllərinizi bilir.” (Məhəmməd surəsi, 30)
Bir insanın imanına və ya günahkar biri olmasına görə üzündə fiziki dəyişikliklər meydana gəlməsi Allahın böyük bir möcüzəsi və Quranda bildirdiyi əhəmiyyətli bir sirdir. Mənəvi hisslər, fiziki olaraq bədəndə təsir meydana gətirməkdə, o insanın bütün xətləri eyni qalmasına baxmayaraq, üzündəki ifadəsi dəyişməkdə, üzünə bir aydınlıq və ya qaranlıq gəlməkdədir. Ətrafına iman gözü ilə baxan bir insan Allahın insanlarda meydana gətirdiyi bu möcüzəni Allah diləsə, görə bilər.

