Allahın, axirət günü qurtuluşa çatanlardan olmaları, rəhmətinə və Cənnətinə qovuşa bilmələri üçün, qullarına əmr etdiyi hökmlərdən biri, biri ayədə deyildiyi kimi, “mərhəməti bir-birlərinə tövsiyə edənlərdən olmaq”dır. Həyatlarını Allahın razılığını qazanmağa həsr edən möminlər də, Allahın bu hökmünü əskiksiz və qüsursuz olaraq yerinə yetirməyə çalışırlar. Onların mərhəmət anlayışlarının əsasında Allaha olan səmimi imanları yatır. Möminlər, Allahın izni xaricində heç bir hadisənin reallaşmayacağını və Onun, özlərinə bəxş etdiklərinə nə qədər möhtac olduqlarını bilirlər. Bu səbəbdən, bu qavrayışdan qaynaqlanan bir təvazökarlığa sahibdirlər.
Möminlərin təvazökarlığının səbəbi
