Möminlərin təvazökarlığı necə olur?

Təvazökar olmaq Quranda möminlərin mühüm xüsusiyyəti kimi bildirilmişdir. Allah ayələrində möminlərə təvazökar olmağı əmr edir. Allahın təkəbbürlü olanları, lovğalanıb azğınlıq edənləri sevmədiyi də yenə ayələrdə xəbər verilir.

Möminlər hər şeyi Allahın yaratdığını, hər şeyin tək sahibi olduğunu və insanlara bütün nemətləri verənin O olduğunu bilən insanlardır. Buna görə də mömin, Allah qarşısındakı acizliyinin fərqində olduğu üçün yersiz təkəbbür və lovğalığa qapılmaz. Nə qədər gözəl, nə qədər zəngin, nə qədər zəki, nə qədər nüfuzlu olsa da, bunlara görə qürrələnməz, çünki bunları ona Allahın verdiyini bilər. Buna görə də möminlərə qarşı davranışı daima təvazökar olar. Öz xüsusiyyətlərini ön plana çıxarmağa, daxili və xarici gözəlliklərini vurğulamağa çalışmaz. Çünki etdiyi hər şeyin qarşılığını yalnız Allahdan gözləyər.

İnkarçıların yer üzündə təkəbbür göstərməsinin əksinə, təvazökar möminlər təvazökarlıqla hərəkət edərlər və bu təvazökarlıq onların xarici görkəmlərinə də yansıyar. Allah bir ayəsində möminlərin təvazökar davranışına belə diqqət çəkmişdir:

Rəhmanın (xalis) bəndələri o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” – deyərlər. (Furqan surəsi, 63)

Bu əxlaqlarının nəticəsində Allah möminləri cənnətlə müjdələmişdir:

… Sizin ilahınız tək olan ilahdır. Elə isə Ona təslim olun! (Ey elçi!) İxlaslı və təvazökar olanlara müjdə ver! (Həcc surəsi, 34)