Möminlərin həmişə birlikdə olmalarının səbəbləri nələrdir?

Quranın bir çox ayəsində Allah möminlərə bir yerdə olmağı və dünya həyatına can ataraq möminlərdən üz döndərməməyi əmr edir. Bundan əlavə, başqa bir ayədə möminlərin bölünməməsi və ayrı düşməməsi əmr olunur:

Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz. (Ali İmran surəsi, 103)

Həyatını Qurana uyğun yaşayan bir insan, əlbəttə ki, Allahın bütün əmrlərinə tabe olduğu kimi, bu əmrlərə də tabe olmağa borcludur. Möminlərlə birlikdə olmaq hər bir insan üçün böyük bir gözəllik və dəstəkdir. Məsələn, hz. Musa Allah özünə peyğəmbərlik vəzifəsini verdikdən sonra qardaşı hz. Harunu da yanına köməkçi olaraq istəmişdir. Möminlər bir-birlərinə daim Allahı xatırladır, bir-birlərini pisliklərdən və səhvlərdən çəkindirir, hər məsələdə bir-birlərinə dəstək olur və kömək edirlər. Həmçinin, möminlər bütün insanlar arasında ən gözəl əxlaqa sahib olan və həmişə vicdanla davranan insanlardır. Buna görə də, olduqları yerlər ən etibarlı və dinc mühitlərdir.