məsləhətləşmələrinin faydaları nələrdir?
Allah Quranda “Onlar Rəbbinin dəvətini qəbul edər, namazı qılar, öz aralarındakı işlərdə məşvərət edər …” (Şura surəsi, 38) ayəsi ilə möminlərin işlərini bir-birləri ilə məsləhətləşərək gördüklərini bildirmişdir. Belə bir məşvərətin maddi və mənəvi baxımdan çox faydalı nəticələri vardır. Hər şeydən əvvəl insanın bir işdə başqasına müraciət edib fikir alması onun təvazökar olduğunu göstərir ki, bu da Allahın bəyəndiyi bir əxlaqdır. Digər tərəfdən, bir işdə tək bir insanın qərar verməsi əvəzinə bir neçə insanın birləşərək qərar verməsi daha yüksək bir düşüncə və ağılın formalaşmasına səbəb olur. Birinin düşünə bilmədiyini digəri düşünər, hər kəs bir-birinin çatışmazlığını tamamlayar. Beləliklə, əldə olunan nəticə daha səmərəli və düzgün olur. Həmçinin görülən işdə əldə edilən uğur tək bir insana deyil, bir neçə insana aid olur. Bu da insanın nəfsinin bu uğurla qürurlanmasının və onu yalnız özünə aid etməsinin qarşısını alır.

