İnkar edənlər möminlərə qarşı olan mübarizələrində hər cür hiyləgər üsula əl atarlar. Bu üsulların ən çox istifadə ediləndən biri də möminlərin əleyhində ittifaq edərək onlara müxtəlif tələlər qurmaqdır. Sayca çox olduqları və tələlərini gizli qurduqları üçün müvəffəqiyyətli olacaqlarını düşünən inkarçılar, planlarını qurarkən iki adamdan üçüncüsünün, üç adamdan dördüncüsünün Allah olduğunu unudurlar. Allahın insanlara şah damarından daha yaxın olduğu həqiqətindən isə tamamilə qəflətdədirlər.
Halbuki Allah, gizlətsələr də, aşkar etsələr də, ayədə bildirildiyi kimi, “sinələrin gizli saxlananı biləndir.” İnkarçıların möminlərin əleyhində düşündükləri hər fikri, qurduqları hər tələni və planı da Allah ən incə detalına qədər bilir. Ən əhəmiyyətlisi də, hər şeyin məlumatına sahib olan Allah, inkarçıların qurduqları tələlərin hamısının başdan pozulmuş olduğunu xəbər vermişdir. Nə qədər hiyləgərcə, nə qədər böyük olsa da, möminlər əleyhinə qurulan bütün tələlərin dağılacağını, hər şeyin yaradıcısı olan Allah Quranda belə bildirir:
Bu belədir! Şübhəsiz ki, Allah kafirlərin hiyləsini zəiflədəndir. (Ənfal surəsi, 18)
Hiylələri Allaha məlum olduğu halda onlar hiylə qurmuşdular. Halbuki onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir. (İbrahim surəsi, 46)
Bunlarla bərabər Allah, bu tələlərin saleh bəndələrinə zərər verə bilməyəcəyini bildirmiş, hamısının sahiblərinə geri dönəcəyini də xəbər vermişdir:
Onlar yer üzündə təkəbbürlənir və pis işlər görürdülər. Pis iş yalnız öz sahibini bürüyər. Onlar əvvəlkilərin qanunundan (onlara tətbiq etdiyimizdən) başqasınımı gözləyirlər?! Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən! Allahın qanununda heç bir dəyişiklik də görə bilməzsən! (Fatir surəsi, 43)
İnananlar sonsuz lütf sahibi olan Rəbbimizin köməyinin həmişə özləri ilə birlikdə olduğu həqiqətini bilərək təvəkkül edərlər. Əvvəldən üzərində dayandığımız kimi, bu təslimiyyətli ruh halı sayəsində də, qarşılaşdıqları hər hadisədəki xeyir və hikmətləri görə bilər, görməsələr belə hər hadisənin möminlər üçün mütləq xeyirlə nəticələnəcəyinə qəti olaraq iman edərlər.

