Möminlər özlərinə yönəldilən iftiraların, əziyyət məqsədli söz və xəbərlərin xüsusi olaraq Allahın özləri üçün yaratdığı sınaq vəsiləsi olduğunu bilirlər. Çünki bütün bunların möminlərin başına mütləq gələcəyi Quranda xəbər verilmişdir. Ayədə belə buyurulur:
Şübhəsiz, siz mal-mülkünüzlə və canlarınızla imtahan ediləcəksiniz. Həqiqətən, sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətli (sözlər) eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, əlbəttə, bu, əzmkarlıq tələb edən (dəyərli) işlərdəndir. (Ali İmran surəsi, 186)
Allah dünyada iman edənlərə yaşatdığı bu kimi imtahanların sonunda özlərini təmizə çıxaracağını da ayələrində vəd etmişdir. Məsələn, öz qövmü hz. Musaya iftira və pis sözlərlə əziyyət verməyə çalışmış, ancaq Allah onu inkarçıların dediyi sözlərdən təmizə çıxarmışdır.
