Möminlər üçün Hər hadisədə xeyir vardır

Hər insanın həyatında çətinlik kimi gördüyü vaxtlar olur

Hər insanın həyatında çətinlik kimi gördüyü vaxtlar olur. Quran əxlaqından uzaq insanların bir çoxu bu zamanları kədərli duyğularla keçirirlər. Belə mühitdə əsəbi və gərgin davranırlar. Bu reaksiyaların tək səbəbi isə, onların dinin gətirdiyi gözəl əxlaqdan uzaq yaşamasıdır. Allaha və yaratdığı qüsursuz taleyə iman etmədikləri üçün hadisə və çətinliklərdə hikmət və xeyir görə bilmirlər. Onsuz da iman etmədikləri müddətcə keçən hər zaman onların əleyhinədir. Daim bunun sıxıntısı və gərginliyi ilə yaşayırlar.

Möminlər isə Allahın dünyada onlar üçün yaratdığı çətinliklərin imtahan olduğunu bilirlər. Bu imtahanın saleh müsəlmanlarla qəlbində xəstəlik olan və iman etməyənlərin ayrılması üçün xüsusi yaradıldığını anlayırlar. Çünki Allah müsəlmanları mütləq imtahan edəcəyini və doğru olanlarla olmayanları bir-birindən ayırd edəcəyini Quranda belə vəd etmişdir:

Yoxsa Allah sizdən cihad edənləri və (çətinliklərə) səbir edənləri bilib ayırd etmədən cənnətə girəcəyinizimi zənn edirsiniz?! (Ali İmran surəsi, 142)

Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir… (Ali İmran surəsi, 179)

Bu mövzu ilə əlaqədar olaraq Quranda Peyğəmbərimizin dövründə baş verən belə bir hadisə nümunə verilmişdir:

İki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın izni ilə oldu ki, möminləri ayırd etsin. Və münafiqləri onlardan fərqləndirsin… (Ali imran surəsi, 166-167)

Peyğəmbərimizin dövründə müsəlmanlar çətin vəziyyətlə qarşılaşmış, zahirən bir çox sıxıntıya düşmüşdülər. Zahirən möminlərin çətin mübarizədə olduqları görünür. Lakin ayələrdə də bildirildiyi kimi, bu hadisə də Allahın izni ilə baş vermiş və möminlərə zərər verməyə çalışan münafiqlərin ortaya çıxmasına vəsilə olmuşdur. Yəni sonu möminlər üçün (həmişə olduğu kimi) xeyirə çevrilmişdir.

Möminlər bunu bildiklərinə görə, belə vaxtlara Allaha bağlılıqlarını və səmimiyyətlərini göstərmək üçün fürsət kimi baxırlar. Dünyada həm çətinlik, həm də nemətlərlə imtahan olunduqlarını heç unutmurlar. Bu gözəl əxlaqa görə, Allah çətinliyi saleh qullarının lehinə çevirir.