Möminlər səhv edirlərmi?

Quranda bildirildiyi kimi, möminlər səhv edə bilərlər. Lakin Allahdan qorxub çəkinən və Ona qarşı səmimi olan möminlər səhvlərində israr etməz, dərhal onları düzəldərlər. Allahdan bağışlanma diləyər və özlərini səhv etdikləri xüsuslarda islah edərək bir daha eyni xətaya düşməməyə diqqət göstərərlər. Onlar dünyanın bir tərbiyə və sınaq yeri olduğunu bilir, etdikləri səhvlərdən dərs çıxararaq özlərini inkişaf etdirirlər.

Allah möminlərin bu gözəl əxlaqını bir çox ayədə tərifləmiş və onları mütləq bağışlayacağını müjdələmişdir:

O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) bilə-bilə israr etməzlər. (Ali İmran surəsi, 135)