Möminlər sayca çoxdurlarmı?

Allah bir çox ayədə həqiqi mənada iman edən bəndələrinin sayının az olacağını bildirmişdir. Buna görə tarix boyu iman gətirənlərin sayı həmişə az olmuş, inkar edənlər isə say baxımından çoxluq təşkil etmişlər. Bu hal eyni zamanda möminlərin keyfiyyət, dəyər və üstünlüklərinin də bir göstəricisidir. Allah insanların əksəriyyətinin iman etməyəcəyi ilə bağlı belə buyurur:

Sən nə qədər istəsən də, insanların çoxu iman edəsi deyil. (Yusif surəsi, 103)

Bu səbəbdən bir insanın çoxluğu özünə nümunə götürməsi, insanların necə inanırsa o şəkildə inanması onun üçün böyük bir itkiyə çevrilə bilər. Bu insanlar dünyada çoxluq təşkil etsələr də, həyatı boyunca davranışlarını və əxlaqlarını dəyişməzlərsə, axirətdə toplu şəkildə cəhənnəmə düşməkdən qurtula bilməyəcəklər.