Möminlər qiyamət qorxusu yaşayarlar?

Bu dirilişdən sonra baş verən hadisələrə yaradılmış olan bütün insanlar şahid olarlar

Qiyamət Surun üfürülməsiylə birlikdə başlayır. Böyük bir sarsıntı və qulaqları partladarcasına gələn bir gurultuyla birlikdə yer üzündəki bütün insanlar qorxunc bir fəlakətlə qarşılaşacaqlarını anlayarlar. Yer və göy parça-parça edilər və bütün maddi kainat ölər. Yer üzündə canlı heç bir varlıq qalmaz. Sur ikinci dəfə üfürülməsiylə birlikdə insanlar dirilirlər və məzarlarından çıxarlar. (Zumər surəsi, 68)

Bu dirilişdən sonra baş verən hadisələrə yaradılmış olan bütün insanlar şahid olarlar.

Ancaq Allah qiyamət gününün qorxusundan möminləri təhlükəsizlik və hüzur içində tutacağını bildirmişdir:

Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar. (Nəml surəsi, 89)