Möminlər cənnətdə kimlərlə birlikdə olacaqlar?

Möminlər cənnətdə hz. Adəmdən bəri yaşamış bütün möminlərlə birlikdə olacaqlar. Bu insanlar arasında indiyədək göndərilmiş bütün peyğəmbərlər, onlara tabe olub göstərdikləri yolla gedən saleh möminlər və şəhidlər də olacaqdır. Quranda bu müjdə möminlərə belə verilmişdir:

Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)