Möminlər Allahdan razıdırlar

Allahı dost tutan, Allaha təvəkkül edən, Allahın yaratdığı hər hadisədən, hər görüntü və hər

Allahı dost tutan, Allaha təvəkkül edən, Allahın yaratdığı hər hadisədən, hər görüntü və hər söhbətdən razı qalan insan taleyindən də razıdır. Allah insanları sınamaq üçün talelərində müxtəlif hadisələr və görüntülər yarada bilər. Bunlar bəzən qorxu, bəzən çətinlik, sıxıntı kimi görünə bilər. Ancaq bu hadisələrin hər biri Allah qatında ən incə təfərrüatına qədər planlanıb. Məsələn, hz. Yusif (ə.s) heç bir təqsiri olmadığı halda illərlə zindanda qalmışdır. Bu, onun taleyidir. Ancaq hz. Yusif (ə.s) Allahın yaratdığı taleyə sevinclə təslim olduğu üçün həbs ona çətinlik və sıxıntı deyil, əksinə, bir çox nemətin qapısını açan hadisə kimi görünmüşdür. Belə bir çətinliyi asan, rahat mühitlə müqayisə edən mömin nemətlərdən daha dərin zövq alır.

Hər gün bir gül bağçası görən bir insanın bu bağçadan aldığı zövq ilə illərlə beton divardan başqa heç nə görməmiş insanın gül bağçasından aldığı zövq, əlbəttə, fərqlidir. Çətinliyi, çirkinliyi bilən insan rahatlıqdan, gözəllikdən daha çox zövq alar. Taleyində hz. Yusif (ə.s) kimi haqsızlığa, çətinliyə, həbsxana mühitinə səbir etmək olan insan bunun axirətdə Allahdan savab kimi özünə qayıdacağını düşünərək taleyinə sevinər. Nəticədə, taleyində olanı yaşadığını və özü də daxil olmaqla, heç bir yaradılmış varlığın onun taleyindəki bircə saniyəni belə dəyişdirə bilməyəcəyini bilir və taleyinə təslim olaraq rahat yaşayar.

Taleyə təslim olan mömin, əlbəttə, həmişə əlindən gələnin artığını edərək səy göstərər. Məsələn, xəstələnən insan, əlbəttə, həkimə gedər, dərmanlarını qəbul edər, xəstəliyi ilə bağlı hər şeyə diqqət edər. Ancaq bunları edərkən getdiyi həkimin, qəbul etdiyi dərmanların və müalicəsinin nəticəsini Allahın yaratdığını bilərək davranar. Odur ki, əsla ümidsizliyə qapılmaz, sıxıntı keçirməz, kədərlənməz. Allahın onun üçün ən xeyirli taleni yaratdığını bilərək rahat yaşayar. İnsanın hər hadisədə bir xeyir olduğuna iman gətirməsi çox vacibdir.

Möminlər şər kimi görünən hadisələrdə belə xeyir olduğuna iman gətirir və Allaha təvəkkül edirlər. Bu, ancaq möminlərə xas xüsusiyyətdir.