Möminin şəxsiyyəti

Dünyada yaşadığımız bu həyat insanlardan kimin yaxşı, kimin pis olduğunun müəyyən edilməsi

Dünyada yaşadığımız bu həyat insanlardan kimin yaxşı, kimin pis olduğunun müəyyən edilməsi üçün uca Allahın yaratdığı sınaq müddətidir. Bu müddət ərzində insanlar bir çox səhvlər edə bilərlər. İman gətirən insanların tək məqsədi bütün bu günahlardan, qüsurlardan, nöqsanlardan tezliklə təmizlənərək Allahın rizasını qazanmaq və cənnətə layiq əxlaqa sahib olmaqdır.

İman gətirən səmimi və vicdanlı insan bütün pis əməllərdən və nöqsanlardan xilas olmağı ürəkdən arzulayır, Allahın qoyduğu qadağalardan uzaq olmağa çalışır, özünü Allahın rəhmətindən məhrum edə biləcək çirkin əməllərdən qaçır. Səhv hərəkət etdikdə öz səhvini anlayaraq dərhal Allahdan bağışlanma diləyir, tövbə edərək Ona yönəlir.

Qəlbən iman gətirən möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də daxilən və zahirən bir olması, ürəyindəkiləri qarşısındakı insana olduğu kimi hiss etdirməsi, bacardığı qədər səmimi olmasıdır. Səmimilik insanın düşüncələrini və əsl şəxsiyyətini gizlətmədən, özünü olduğundan fərqli göstərmədən, açıq şəkildə ifadə etməsidir. Səmimiyyət heç vaxt təqlid edilə bilən bir xüsusiyyət deyil. Səmimi insanın bütün davranışları təbii və içindən gəldiyi kimidir və bu təbiilik də insanlar üzərində çox dərin və xoş təsir yaradır. Səmimi insanın baxışları, danışığı, üslubu, mimikası olduqca təbii və təsiredicidir.

Sevgi və səmimilik yox olduqdan sonra yerdə qalan ölü bədəndir. Yəni iylənmiş bir cəsəd qalar və artıq bu zaman insan üçün əzab dolu günlər və sürünmə başlayar. Gün ərzində işləyib pul qazanar, o pulla nahar edər, bir az televizora baxar, qeybət edər, dalaşar və yatar. Növbəti gün yenidən işə gedər, yenə yemək yeyər, yenə bir az qeybət edər və dava-dalaş. Qısacası, səmimiyyətsiz insan əzab dolu həyat yaşayar.

İnsan dünyadakı ən asan şeyi düşünsə, ən çox zövq verən, ən asan və insanı rahata qovuşduracaq bir şeyin yalnız səmimilik olduğunu görər. Ən asan, ən zövqlü, insanı rahatladan, Allaha bağlılığını artıran gücün adı SƏMİMİLİKDİR. Ancaq səmimi olduqları zaman insanlar adətən maddi cəhətdən çox şey itirirlər, buna qarşı da məntiqdən istifadə edirlər.