Kəhf surəsi, 65-ci ayə. Xızır hekayəsi. “Deyərkən, qatımızdan özünə bir rəhmət verdiyimiz”, rəhmət tamam ayrı bir şeydir. Rəhmət hər şeyi əhatə edəndir. Yəni musəviyə də, xristiana da hamısına Allah rəhmət gözüylə yaxınlaşar. Rəhmət hamısını qurtarmağı məqsəd qoyur, hamısının yaxşı olmasını istəyir, inşaAllah. “Rəhmət verdiyimiz və Tərəfimizdən özünə bir elm öyrətdiyimiz” deməli, bütün elmləri Allah öyrədər, hamısını. “Qullarımızdan bir qulu tapdılar.” Bu ayənin əbcədi tam 2010-cu ili verir, Mehdiyyət dövrünü, inşaAllah.
“Musa ona dedi ki: “Doğru yol (rüşd) olaraq sənə öyrədiləndən mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?” Doğru yol Qurandır. Deməli, onun doğru yolda olduğunu bilir. Haqqı müdafiə edəcəyini bilir. Qurana uyğun, o zamankı haqq kitaba uyğun hərəkət edəcəyini bilir. “Sənə öyrədiləndən” öyrədən Allahdır. Allahın öyrətdiyini də bilir. “Öyrədiləndən mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?” Sənə şagird ola bilərəmmi? Xızır (ə.s) deyir ki: “Dedi ki: “Həqiqətən Sən, mənimlə birlikdə olma səbrini göstərə bilməzsən.” Yəni islama xidmət etmək, Ledun elmini öyrənmək və tətbiq etmək çox çətindir.
“(Beləykən) “Mahiyyətini qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?” Deməli, bir şeyin mahiyyəti əhəmiyyətlidir, mahiyyətin üstündə dayanmaq lazımdır. Zahirlə maraqlanıb insanları zahirlə boğsan, əsası öyrədə bilməzsən. Məüzhəbçilərin ən böyük səhvi budur. Ayələri zahirlə anlatmağa çalışarlar və işin içindən çıxa bilmirlər, çünki bəzi ayələrin mənası batinidir, zahirlə onları izah edəməzsin. Ona görə də başlayırlar uydurmağa. Saxta hədis və rəvayətlərlə özlərindən yeni dinlər, hökmlər uydururlar, fətvalar verirlər. Allah isə mahiyyətin tətbiq olunmasını əsas götürdüyünü deyir. “Mahiyyətini qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?” Yəni “zahir gözüylə baxacaqsan” deyir, dərinliyini görə bilməyəcəksən, mahiyyətini görə bilməyəcəksən, onun üçün rədd edərsən, inkar edərsən, qəbul etməzsən, qarşı gələrsən” deyir.
“(Musa:) “inşaAllah” deyir, Allahın icazəsiylə bütün peyğəmbərlərin bildiyi bir xüsusdur. Yəni ilk dəfə müsəlmanlar demir, inşaAllah; hz. Musa (ə.s) da deyir, hz. İbrahim (ə.s) da demişdir. “İnşaAllah, məni səbir edən (biri olaraq) görəcəksən. Heç bir işdə sənə qarşı gəlməyəcəyəm” dedi.” Cahillər haqqı deyənləri anlaya bilmədikləri üçün həmişə onlara qarşı gəlirlər. “Dedi ki: “Əgər mənə uysan, heç bir şey haqqında mənə sual vermə” istisnasız “mən sənə nəsihət edib-izah edib danışana qədər heç bir şey haqqında mənə sual vermə.” “Mən sənə izah edərkən, nəsihətlə izah edəcəyəm” deyir, hər hansı bir izah da etməyəcəyəm” deyir. “Beləcə ikisi yola düşdü.” Ən təsirli üsul, ikili izahatdır. Üçüncü bir adamda insanın zehni dağılar. Ən təsirli söhbət, ən təsirli izah etmə üsulu budur, yəni ikili birə-bir.
“İkisi yola düşdü. Necə ki, bir gəmiyə minincə” dəniz kənarında bir yerə gəlmişlər. İlk gəldiyi yer Dəniz kənarıdır. İki dənizin birləşdiyi yer. İstanbula işarə var burda. Allahu aləm bu hadisə İstanbulda baş veribdir. “Bir gəmiyə minincə, o bunu (gəmini) deşdi.” Gəmini qüsurlu göstərir. “(Musa) Dedi ki: “İçindəkiləri batırmaq üçün mü onu deşdin? And olsun, sən pis bir iş etdin.” Bu batini mövzudur. Bir şeyi lazım olanda zəif göstərmək və yaxud zəifi güclü göstərmək, ikisi də batini elmin gərəyidir.
“Dedi ki: “Həqiqətən, mənimlə birlikdə olma səbrini göstərə bilməyəcəyini sənə söyləmədimmi?” Çünki, taleyi elədir. Hz. Musa (ə.s) doğulmadan buna səbir edə bilməyəcəyi müəyyən idi. Yəni bu mövzuların heç birinə səbir edə bilməyəcəyini bilir. Xızır (ə.s) zamanda gəzən bir insandır. Tayyi-zaman və Tayyi-məkan edə bilir. Məsələn, hz. İbrahim (ə.s) zamanına da gedir, keçmiş zamanlara da gedər. Hər zamana gedə bilən insandır. Hz. Musa (ə.s)-ın Quranda bildirilən bu xüsusiyyətini bilir. Yəni bu mövzuların heç birinə səbir edə bilməyəcəyini bilir, onun üçün “qəti olaraq” deyir. Çünki Allahın hökmü var. “Qəti olaraq səbir edə bilməyəcək” deyir Allah. O da bunu bildiyi üçün “qəti olaraq səbir edə bilməyəcəksən” deyir. Taleyi bildiyi üçün, hz. Musa (ə.s)-ın taledə nə cavablar verəcəyini bilir.
“Həqiqətən, mənimlə birlikdə olma səbrini göstərə bilməyəcəyini sənə söyləmədimmi?” deyir, “daha əvvəl xatırlatdım” deyir. “(Musa:) “Məni, unutduğuma görə qınama” Unutduran kimdir? Allah unutdurur. “…qınama və bu işimə görə mənə çətinlik çıxarma” yəni hz. Musa (ə.s) elm mövzusunda çox qərarlıdır, batini elmi öyrənmə mövzusunda qərarlıdır. Başqası olsa səbir edəməz, buraxaq deyər. Deməli, tələbəlik mövzusunda təkid və qətiyyət möminin bir xüsusiyyətidir. Hər nə bahasına olursa olsun, elmi buraxmayacaq.
“Bu işimə görə mənə çətinlik çıxarma dedi.” deyir. “İkisi (yenə) yola düşdülər. Necə ki, bir uşaqla qarşılaşdılar, o dərhal” gözləmədən, “tutub o uşağı öldürdü” deyir. “(Musa) Dedi ki: “Bir cana qarşılıq olmadan, tərtəmiz bir canı mı öldürdün? And olsun, sən pis bir iş etdin.” Bu dəfə dəqiq deyir, “pis bir iş etdin” yəni “sən cinayət etdin” deyir. Halbuki, daha əvvəl etiraz etməyəcəyinə dair söz verir. “Dedi ki: “Həqiqətdə mənimlə birlikdə olma səbrini göstərə bilməyəcəyini sənə söyləmədimmi?” Hz. Xızır vəhylə hərəkət edər və etdiyi işlərə də təəccüblənməz. Çox soyuqqanlıdır və özündən çox əmindir.
“(Musa:) “Bundan sonra səndən bir şey soruşsam, artıq mənimlə yoldaşlıq etmə.” Yəni “sənə bu mövzuda artıq sual verməyəcəyəm”, “artıq mənimlə yoldaşlıq etmə. “(Yenə) Beləliklə, ikisi yola düşdü.” Quran ikiləri xüsusilə vurğulayır. “Nəhayət bir qəsəbəyə gəlib yemək istədilər,” yəni kənd kimi bir yerdir qəsəbə. Baxın şəhərdə deyil, qəsəbədə. “Lakin (qəsəbə xalqı) onları qonaq etməkdən çəkindi.” İnsanların demək olar hamısı zombi olduqlarına görə iman əhlini sevməzlər, onlardan uzaq olarlar daima.
“Onda (qəsəbədə) çökməyə məruz qalan bir divar tapdılar,” İndiki Süleyman Məscidinin olduğu yer, çökmüş bir divar. Yəni tamamilə çökmüşdür. Hətta deyirlər; Məscid-i Əqsa da hər an çökə bilər. Məscid-i Əqsa müsəlmanlar üçün çox vacib bir nöqtədədir. “Bir divar tapdılar” və orada bir divar var, ağlama divarı var. “Dərhal onu inşa etdi.” Hz. Mehdi (ə.s) Süleyman Məscidini inşa edəcək, inşaAllah.

