Möminin hər davranışı Quran əxlaqını yaşadığını göstərir

Mömin hər hansı bir hadisə ilə qarşılaşarkən mütləq Allahın tövsiyə etdiyi və bəyəndiyi kimi hərəkət edir. Onun hər sözü, hər qərarı, hər davranışı Quran əxlaqını yaşamasının bir göstəricisidir.

O, küçədə yeriyərkən, yemək yeyərkən, məktəbə gedərkən, dərs oxuyarkən, iş yerində işləyərkən, idman edərkən, söhbət edərkən, ticarətlə məşğul olarkən, televiziyaya tamaşa edərkən də Quran əxlaqına uyğun yaşamalı olduğunu dərk edir.