Allahın gücünü təqdir edə bilən və bu səbəbdən həyatını Allah rizası üzərində quran bir insanın sahib olduğu ən əhəmiyyətli xüsusiyyətlərdən biri də, həyatının hər saniyəsində yalnız Allahın razılığını və rəhmətini düşünərək hərəkət etməsidir. O, həyatını Allahın razılığını qazanmaq, Ona “qul” olmaq hədəfi üzərində qurduğuna görə, Allahın yaratdığını və nəzarət etdiyini qavradığı bütün kainata artıq fərqli gözlə baxacaq. Yalnız Allahı İlah olaraq tanıdığı üçün, saxta ilahlar artıq mömin üçün bir şey ifadə etməyəcək. Allah Quranda bu mövzunu, hz. İbrahim (ə.s)-ın söylədiyini bildirdiyi bu sözlərlə vurğulamışdır:
Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?” (Məryəm surəsi, 41-42)
Mömin, yalnız Allahın məmnuniyyətini axtardığı, yalnız Ona yalvardığı, yalnız Ondan istədiyi üçün yalnız Allaha yönələr. Allah xaricində heç kimi məmnun etmə ehtiyacı hiss etməz, Allahdan başqasından mədət ummaz. İnsanın həqiqi azadlığı, onsuz da ancaq, bu həqiqəti qavrayaraq Allaha yönəlməsi ilə olar.
Həqiqi imana sahib olmayanların həyatı isə, möminin tam tərsinə, saysız saxta ilahın boyunduruğu altındadır. Belə insanlar, həyatını saysız insanı məmnun etməyə həsr edərlər. İnsanlardan kömək istəyib mədət umarlar. Halbuki öz cahil məntiqlərinə görə zehinlərində tanrılaşdırdıqları bu varlıqlar da eynilə özləri kimi aciz bir “qul”dur. Əlbəttə ki, bu varlıqlar onların istəklərinə cavab verə bilməzlər, onları xilas edə bilməzlər. Ölüm, bu saxta ilahların insana həqiqətdə heç bir faydası olmadığını ortaya qoyan ən qəti həqiqətdir. Amma, bu xəyali ilahların xəyali olduqlarını anlamaq üçün ölümü gözləmək, çox gec qalmaq mənasını verər…
I … Məhz mömin olmayanların həyatı bu tərs təməl üzərinə qurulmuşdur. Bu təmələ görə möminlərlə digər insanlar arasındakı bir başqa əhəmiyyətli fərq də ortaya çıxar: Möminlər özlərinə rəhbər olaraq, Allahın onlara verdiyi meyarları qəbul edər, haqq kitab olan Qurana tabe olarlar. Onların dini, Allahın Quranda təsvir etdiyi və Peyğəmbərimiz (s.ə.v)-in nümunəvi həyatı ilə tanıtdığı İslamdır.
Həyatını Allahın fərqində olmadan davam etdirən insanlar isə, əlbəttə özlərinə rəhbər olaraq, Allahın deyil, zehinlərindəki saxta ilahların meyarlarını qəbul edəcəklər. Haqq din olan İslama deyil, batil anlayışlara və inanclara sahib olan saxta dinə tabe olacaqlar. Onların dini, çox ilahlı azğın bir dindir. Bu insanlar, özlərinə meyar olaraq, içində olduqları cəmiyyətin batil dəyərlərini qəbul etdikləri üçün, bir-birindən fərqli qayda və məqsədlərə sahib olarlar. Bu səbəblə, yaşadıqları çox ilahlı dinin müxtəlif növləri vardır. Ancaq bunu da ifadə etməkdə fayda vardır: Bir insanın içində yaşadığı cəmiyyətin nizamına uyğun gəlməsi, qanunlara və qaydalara tabe olması son dərəcə əhəmiyyətli və lazımlıdır. Burada nəzərdə tutulan doğrunu, gözəli, sevgini və hörməti təlqin edən və yaşadan ictimai qaydalar deyil, mənfəəti, eqoizmi, sevgisizliyi və mərhəmətsizliyi təlqin edən batil dəyərlərdir.
Kiminin həyatdakı məqsədi, pul və güc əldə etmək, kimininki hörmət edilən və sözü qəbul edilən bir insan olmaqdır. Kimisi həyatının məqsədini “yaxşı bir yoldaş” tapıb, “xoşbəxt bir yuva qurmaq” olaraq isdiqamətləndirər. Bunların hamısı bir möminin də həyatında olan ünsürlərdir. Amma saleh bir mömin heç birinə lazım olandan çox dəyər verməz. Daha da əhəmiyyətlisi bu mövzular haqqında Allahın Quranda bildirdiyi xaricində bir anlayışa, mühakiməyə sahib olmaz. Din əxlaqını yaşamayan insanların isə, özlərinə məqsəd qoyduqları hər bir hədəf üçün din əxlaqına uyğun olmayan üsulları və yolları vardır. “Həyat tərzi” olaraq adlandırdıqları bu batil anlayışların hər biri əslində batil bir dindir və Allahın varlığını və sərhədlərini qavraya bilməmək təməli üzərinə qurulmuşdur.

