Allahın insanlara verdiyi ən dəyərli nemətlərdən biri də insanın gözləridir. Ağlı yerində olan hər bir insan baxışlarını ən gözəl şəkildə istifadə edəcək və baxışları ilə hisslərini ifadə edə biləcək qabiliyyətə sahib şəkildə yaradılmışdır.
Buna baxmayaraq, iman etməyənlər arasında “gözəl baxış” o qədər də vacib deyil. Belə insanların dəyər kateqoriyaları daha çox dünyəvi mənfəətlərlə ölçülür. Qarşılarındakı şəxsdə axtardığı xüsusiyyətlər arasında “gözəl baxış” ən axırda duran, hətta bəzi insanlar üçün o qədər də diqqəti cəlb etməyən xüsusiyyətdir.
Zənginlik, lüks yaşayış şərtləri, cəmiyyətdə təsirli ola biləcək xarakter, nüfuzlu insanların əhatəsində olmaq, yaxşı iş imkanları, fiziki üstünlüklər kimi dəyərlər belə insanlarda xüsusilə heyranlıq yaradır.
Möminlər üçün isə baxışın vacibliyi daha böyükdür. Çünki insanda seviləcək xüsusiyyətlər onun ruhunu təşkil edən dəyərlərdir. Gözlər, insan ruhunu ətrafa əks etdirən aynadır. Ruhunda yaşadığı bütün gözəlliklər və pisliklər, istər-istəməz insanın baxışlarına təsir göstərir. Səmimiyyətsiz insan, sözləri ilə səmimiyyətsizliyini nə qədər də gizlətsə, gözlərində əsla həqiqi səmimiyyəti ifadə edə bilmir. Səmimi insan da, heç nə etməsə belə, gözləri ilə dürüst, vicdanlı və səmimi insan olduğunu nümayiş etdirmiş olur. Belə ki, gözlərdə yaranan məna insanları tanımaqda çox vacib vasitədir.
Ancaq baxışların gücü bu qədərlə də kifayətlənmir. İnsan istərsə gözlərindəki mənanı daha gözəl ifadə edə bilər. Bir möminin sahib olduğu xüsusiyyətləri nə qədər dərindən yaşasa, baxışlarında daha dərin və mənalı ifadə yaranar. Ruhunu nə qədər yaxşı ifadə edərsə, şəxsiyyətini və əxlaqını nə qədər büruzə verərsə, bu ətrafındakı insanlara inam verən nemətə çevrilər. Bir insanın Allaha olan imanı və təslimiyyəti nə qədər yaxşı ifadə olunarsa, bu da o insanın ətrafındakı möminlər üçün inam və rahatlıq yaradır. O insanın həqiqətən Allaha sadiq, səmimi, etibar edilə bilən və imanlı insan olduğuna dair görülən hər əlamət daha çox sevilməsinə xidmət edər.

