Mömin xüsusiyyətləri

Allahın Quranda bildirdiyi mömin xüsusiyyətlərindən bəziləri
  • Möminlər ancaq Allaha qulluq edərlər. Ondan başqa zehinlərində ilahlaşdırdıqları heç bir varlıq yoxdur. (Fatihə surəsi, 1-7; Nisa surəsi, 36).
  • Allahdan qorxub çəkinərlər. Allahın qadağan etdiyi və ya razılığına zidd olan bir şeyi etməkdən çox çəkinirlər. (Ali İmran surəsi, 102; Yasin surəsi, 11; Təğabun surəsi, 15-16; Zumər surəsi, 23).
  • Yalnız Allaha güvənərlər. (Bəqərə surəsi, 249; Tövbə surəsi, 25-26).
  • Allahdan başqa heç kimdən qorxmazlar. (Əhzab surəsi, 39).
  • Allaha şükür edərlər. Bu səbəblə qıtlıq, ya da bolluq içində olmaları onlara hər hansı bir kədər, yaxud da təkəbbür hissi verməz. (Bəqərə surəsi, 172; İsra surəsi, 3; İbrahim surəsi, 7).
  • Qəti imanla iman etmişlər. Allahın razılığını qazanmaqdan başqa heç nə düşünməzlər. Hər gün daha şövqlü xidmətlərini davam etdirərlər. (Hucurat surəsi, 15; Bəqərə surəsi, 4).
  • Qurana qüvvətlə bağlıdırlar. Bütün hərəkətlərini Qurana görə nizamlayarlar. Qurana görə səhv olduğunu gördükləri hərəkətlərdən dərhal imtina edərlər. (Əraf surəsi, 170; Maidə surəsi, 49; Bəqərə surəsi, 121).
  • Həmişə Allahı xatırlayarlar. Allahın hər şeyi görən və eşidən olduğunu bilir, davamlı Allahın sonsuz qüdrətini ağıllarında tutarlar. (Ali İmran surəsi, 191; Rad surəsi, 28; Nur surəsi, 37; Əraf surəsi, 205; Ənkəbut surəsi, 45).
  • Allah qarşısında aciz olduqlarını bilirlər. Təvazökardırlar. (Bəqərə surəsi, 286; Əraf surəsi, 188).
  • Hər şeyin Allahdan olduğunu bilirlər. Bu səbəblə, heç bir hadisə qarşısında panikaya düşməz, hər zaman soyuqqanlı və təvəkküllü davranarlar. (Tövbə surəsi, 51; Təğabün surəsi, 11; Yunis surəsi, 49; Hədid surəsi, 22).
  • Axirətə yönəlmişlər, əsl hədəf olaraq axirəti müəyyənləşdirmişlər. Ancaq dünya nemətlərindən də faydalanar, dünyada da cənnət mühitinin bir bənzərini meydana gətirməyə çalışarlar. (Nisa surəsi, 74; Sad surəsi, 46; Əraf surəsi, 31-32).
  • Ağıl sahibidirlər. Həmişə diqqətlidirlər, möminlərin və dinin lehinə ağıllı xidmətlər edərlər. (Mömin surəsi, 54; Zumər surəsi, 18).
  • Bütün gücləri ilə Allah adına inkarçılara, xüsusilə inkarçıların rəhbərlərinə qarşı fikri mübarizə apararlar. Heç vaxt qorxmadan və yorulmadan mübarizələrini davam etdirərlər. (Ənfal surəsi, 39; Həcc surəsi, 78; Hucurat surəsi, 15; Tövbə surəsi, 12).
  • Haqqı söyləməkdən çəkinməzlər. İnsanlardan çəkinmədiklərindən ötrü həqiqəti açıqlamaqdan geri qalmazlar. İnkar edənlərin haqlarında söylədiklərinə, lağ etmələrinə və hücumlarına məhəl qoymazlar, qınayıcıların qınamasından qorxmazlar. (Maidə surəsi, 54, 67; Əraf surəsi, 2).
  • Allahın dinini təbliğ etmək üçün hər yolu sınayar, müxtəlif formalarda insanları Allahın dininə dəvət edərlər. (Nuh surəsi, 5-9).
  • Təzyiq edən deyildirlər. Mərhəmətli və yumşaq xasiyyətlidirlər. (Nəhl surəsi, 125; Tövbə surəsi, 128; Hud surəsi, 75).
  • Qəzəblərinə qapılmazlar, anlayışlı və bağışlayıcıdırlar. (Ali İmran surəsi, 134; Əraf surəsi, 199; Şura surəsi, 40-43).
  • Etibarlı insanlardır. Son dərəcə güclü şəxsiyyət göstərər, ətraflarına da təhlükəsizlik təlqin edərlər. (Duxan surəsi, 17-18; Təkvir surəsi, 19-21; Maidə surəsi, 12; Nəhl surəsi, 120).
  • Sehrbazlıq və dəliliklə günahlandırılarlar . (Əraf surəsi, 132; Yunis surəsi, 2; Sad surəsi, 4; Hicr surəsi, 6; Qəmər surəsi, 9).
  • Təzyiq və zülm görərlər. (Şuəra surəsi, 49, 167; Ənkəbut surəsi, 24; Yasin suresi, 18; İbrahim surəsi, 6; Nəml surəsi, 49, 56; Hud surəsi, 91 ).
  • Çətinliklərə səbir edərlər. (Ənkəbut surəsi, 2-3; Bəqərə surəsi, 156, 214; Ali İmran surəsi, 142, 146, 195; Əl-Əhzab surəsi, 48; Məhəmməd surəsi, 31; Ənam surəsi, 34).
  • Zülmdən və öldürülməkdən qorxmazlar. (Tövbə surəsi, 111; Ali İmran surəsi, 156-158, 169-171, 173; Şüəra surəsi, 49-50; Saffat surəsi, 97-99; Nisa surəsi, 74).
  • İnkarçıların hücum və tələləri ilə qarşılaşar, lağ edilərlər. (Bəqərə surəsi, 14, 212).
  • Allahın qoruması altındadırlar. Əleyhində qurulan bütün tələlər boşa çıxar. Allah, onları bütün böhtan və tələlərə qarşı qoruyaraq, onları üstün edər. (Ali İmran surəsi, 110-111, 120; İbrahim surəsi, 46; Ənfal surəsi, 30; Nəhl surəsi, 26; Yusif surəsi, 34; Həcc surəsi, 38; Maidə surəsi, 42, 105; Nisa surəsi, 141).
  • İnkarçılara qarşı tədbirlidir. (Nisa surəsi, 71, 102; Yusif surəsi, 67).
  • Şeytanı və dostlarını düşmən hesab etmişlər. (Fatir surəsi, 6; Zuxruf surəsi, 62; Mumtəhənə surəsi, 1; Nisa surəsi, 101; Maidə surəsi, 82).
  • Münafiqlərə qarşı fikri mübarizə aparar, münafiq xarakteri daşıyanlarla birlikdə olmazlar. (Tövbə surəsi, 83, 9, 123).
  • İnkarçıların zorakılıqlarına fikirlə mane olarlar. (Əhzab surəsi, 60-62; Həşr surəsi, 6; Tövbə surəsi, 14-15, 52).
  • Bir-birləri ilə məsləhətləşərək (müşavirə ilə) hərəkət edərlər. (Şura surəsi, 38).
  • İman etməyənlərin mənasız dəbdəbəli həyatına həsəd aparmazlar. (Kəhf surəsi, 28; Tövbə surəsi, 55; Taha surəsi, 131).
  • Zənginlik və vəzifədən təsirlənməzlər. (Həcc surəsi, 41; Qəsas surəsi, 79-80; Nəhl surəsi, 123).
  • İbadətlərdə dəqiqlik göstərər, bütün ibadətləri diqqətlə yerinə yetirərlər. (Bəqərə surəsi, 238; Ənfal surəsi, 3; Muminun surəsi, 1-2).
  • Çoxluğa deyil, Allahın verdiyi meyarlara uyarlar. (Ənam surəsi, 116).
  • Allaha yaxınlaşmaq, nümunəvi mömin olmaq üçün səy göstərərlər. (Maidə surəsi, 35; Fatir surəsi, 32; Vaqiə surəsi, 10-14; Furqan surəsi, 74).
  • Şeytanın təsirinə düşməzlər. (Əraf surəsi, 201; Hicr surəsi, 39-42; Nəhl surəsi, 98-99).
  • Atalarına kor-koranə tabe olmazlar. Qurana görə hərəkət edərlər. (İbrahim surəsi, 10; Hud surəsi, 62, 109).
  • Qadınların əzilməsinə göz yummazlar. (Nur surəsi, 4; Talaq surəsi, 6; Bəqərə surəsi, 231, 241; Nisa surəsi, 19).
  • İsrafdan çəkinirlər. (Ənam surəsi, 141; Furqan surəsi, 67).
  • Namuslu davranarlar və Allahın istədiyi şəkildə evlənərlər. (Muminun surəsi, 5-6; Nur surəsi, 3, 26, 30; Bəqərə surəsi, 221; Maidə surəsi, 5; Mumtəhənə surəsi, 10).
  • Dində ifrata getməzlər. (Bəqərə surəsi, 143; Nisa surəsi, 171).
  • Fədakardırlar. (İnsan surəsi, 8; Ali İmran surəsi, 92, 134; Tövbə surəsi, 92).
  • Təmizliyə diqqət edərlər. (Bəqərə surəsi, 125, 168; Müddəssir surəsi, 1-5).
  • Estetikaya və incəsənətə əhəmiyyət verərlər. (Səba surəsi, 13; Nəml surəsi, 44).
  • Möminlərin arxasından danışmaz, qüsurlarını araşdırmazlar. (Hucurat surəsi, 12).
  • Həsəd etməkdən çəkinərlər. (Nisa surəsi, 128).
  • Allahdan bağışlanma diləyərlər. (Bəqərə surəsi, 286; Ali İmran surəsi, 16-17, 147, 193; Həşr surəsi, 10; Nuh surəsi, 28).
  • Yalnız Allahı və möminləri dost və sirdaş edərlər. (Maidə surəsi, 55-56; Mücadilə surəsi, 22).