Nəcm surəsi, 29-cu ayə. “Bizim zikrimizə arxa çevirən və dünya həyatından başqasını istəməyəndən üz çevir”, Allah deyir. Yəni əhli-dünyadırsa, özünü dünyaya veribsə, axirətlə maraqlanmırsa, o zaman həmin adamda bir dərinlik olmaz, gözəllik olmaz; şəfqət, mərhəmət olmaz; eqoistlik olar. Onunla sən onsuz da rahat yaşaya bilməzsən, gözəllik tapa bilməzsən. Allah, “üz çevirin, yoldaş olmayın. Ünsiyyət qurmağınıza ehtiyac yoxdur” deyir. Çünki Allaha inanan, Allahı sevən insanda dərinlik vardır, gözəllik vardır, ağıl vardır, şəfqət vardır, qoruyuculuq vardır, köməksevərlik vardır, səxavət vardır, haldan anlama vardır, bağışlayıcılıq vardır. Bunlar hamısı bir-birindən gözəldir və ruhun qidasıdır. Ruh onunla rahatlayar, gözəl əxlaq ilə rahatlayar. Ruh tərslik gördükcə sıxılar. Sevgi gördükcə, qardaşlıq gördükcə; dürüstlük, düzgünlük gördükcə, səmimiyyət, sirdaşlıq gördükcə rahatlayar, amma əksi olanda sıxılar, insan xoşbəxt ola bilməz.
Mömin və axirəti düşünməyən insan

