Mömin Surəsi, 49-50-ci Ayələr

Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” Mələklər deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə gətirmişdilər!”– deyəcəklər. Mələklər də: “Elə isə özünüz yalvarın!”– deyəcəklər. Kafirlərin yalvarması isə boş şeydir. (Mömin surəsi, 49-50)