Mömin qadınlara atılan böhtanlar

Quranda mömin qadınlara atılan böhtanlara diqqət yetirilir və möminlərin belə böhtanlara necə

Quranda mömin qadınlara atılan böhtanlara diqqət yetirilir və möminlərin belə böhtanlara necə cavab verdikləri aydın şəkildə bildirilir:

Həqiqətən, (Peyğəmbərin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır. (Nur surəsi, 11)

Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır. O gün dilləri, əlləri və ayaqları etdikləri əməllərə görə onların əleyhində şahidlik edəcəkdir. O gün Allah onlara layiq olduqları cəzanı verəcək və onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər. (Nur surəsi, 23-25)

Allah möminlərə şər və böhtanla qarşılaşdıqları vaxt bu sözlərin böhtan olduğunu dilə gətirmələrini əmr etmişdir. İnsanların əksəriyyəti dedi-qodudan, yalan olduğunu bilə-bilə qalmaqal yaradan xəbərlərə qulaq asmaqdan və bu xəbərləri yaymaqdan şeytani həzz duyurlar. Allah bu insanlardan Quranda belə bəhs edir:

Onlar (daim) yalana qulaq asır və haram yeyirlər. Əgər sənin yanına gəlsələr, istəsən aralarında hökm ver, istəsən də onlardan üz çevir! Onlardan üz çevirsən, sənə heç bir zərər verə bilməzlər. Aralarında hökm verdiyin təqdirdə, ədalətlə hökm ver! Şübhəsiz ki, Allah ədalətli olanları sevər. (Maidə surəsi, 42)

Allah Ondan qorxub çəkinən səmimi müsəlmanların əxlaqını isə Quranda belə bildirmişdir:

Kaş onu (iftiranı) eşitdiyiniz zaman mömin kişi və qadınlar qəlblərində yaxşı şeylər düşünərək: “Bu, açıq-aydın bir iftiradır!” – desəydilər. (İftiraçılar) bunun üçün dörd şahid gətirməli deyildilərmi? Madam ki, şahid gətirə bilmədilər, deməli, onlar Allah yanında əsil yalançılardır. Əgər dünyada və axirətdə Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz, (iftira ilə bağlı) dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı. Çünki siz onu (iftiranı) dilə gətirir, bilmədiyiniz şeyləri danışır və bunun əhəmiyyətsiz olduğunu zənn edirdiniz. Halbuki o, Allah dərgahında böyük günahdır. Onu eşitdiyiniz zaman: “Bu barədə danışmaq bizə yaraşmaz. Sən pak və müqəddəssən (Allahım! Bu ola bilməz!) Bu, böyük bir böhtandır!” – deməli deyildinizmi? (Nur surəsi, 12-16)

Eyni zamanda Rəbbimiz möminlərə şübhələndikləri və ya imansız olduğunu bildikləri bir şəxsdən xəbər gəldiyində onu ətraflı şəkildə araşdırmaqlarını əmr edir. Əks halda yalan xəbər və ya böhtanla məsum bir insan zərər çəkə bilər. Allahın rəhməti ilə belə təhlükə ortadan qaldırılmışdır.

Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz. (Hucurat surəsi, 6)