Mömin bütün mülkün əsl sahibinin Allah olduğunu və Allahın mülkü istədiyi kəsə bəxş edəcəyini bilər. Buna görə də mal-mülk baxımından zənginləşdikdə əlindəkilərə görə lovğalanıb azğınlaşmaz, Allahın özünə verdiyi nemətlərə görə şükür edər və sahib olduqlarını Allahın ən çox razı qalacağı şəkildə istifadə edər.
Allah Quranda mülk sahibi olan bir insanın nümunəsini verir. Bu adamın çox məhsuldar bağları vardır. Lakin o, bu nemətləri özünə Allahın bəxş etdiyini görməzdən gələrək nankorluq edər və sahib olduqları ilə öyünər. Mömin olan yoldaşı isə onu bu davranışına görə xəbərdar edərək belə deyər:
Onunla söhbət edən yoldaşı ona dedi: “Səni torpaqdan, sonra nütfədən yaradan, sonra da səni insan surətinə salan Allahı inkarmı edirsən? O Allah mənim Rəbbimdir və mən heç kimi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “MaşaAllah! Qüvvət yalnız Allaha məxsusdur!” – deməli deyildinmi?! … (Kəhf surəsi, 37-39)
Məhz möminin rəftarı da ayədə qeyd olunduğu kimi, hər hansı bir nemətlə qarşılaşdıqda dərhal Allahı xatırlamaq və Ona həmd etməkdir.

