Quranda izah edilən peyğəmbər hekayələrinə baxdığımızda, rəsulların təbliğə başlaması ilə birlikdə, cahil cəmiyyətlərdə çox az sayda insanın onları dinlədiklərini və çox az sayda insanın onların söylədiklərini qəbul etdiklərini görürük. Çünki rəsullar, cahillik əxlaqını yaşayan insanları, inandıqları bir çox batil dəyərdən imtina etməyə, bütün saxta tanrılarını tərk etməyə və yalnız Allaha qul olmağa çağırırlar. Cahil cəmiyyət üzvlərinin böyük hissəsi, bunları qavrayacaq ağıla və şüura sahib deyil.
Qavraya biləcək olanların böyük hissəsi də maraqlarına zidd düşən bu gözəl və vicdani sistemi qəbul etməyə çalışmazlar. Bu səbəblə rəsullara tabe olanlar, çox kiçik azlıqdır. Bunlar, Allahın izni ilə, cahil cəmiyyətin sıx təlqinini aşa biləcək ağla və doğru bildiklərini tətbiq edəcək iradəyə sahib olan insanlardır. Bu səbəblə, Rəsulun bildirdiklərinə iman edərlərə Quranda verilən ad “mömin”dir.
