Mömin, həyatını Quran ayələrinə uyğun tənzimləyir

İman gətirən bir insan bütün həyatını Quran ayələrinə uyğun şəkildə qurub tənzimləyir. Müntəzəm olaraq oxuduğu və haqqında düşündüyü ayələri gündəlik həyatında tətbiq etməyə çalışır. Səhər oyandığı andan gecə yatacağı ana qədər gördüyü hər bir işdə Quran əxlaqına uyğun düşünməyə, danışmağa və hərəkət etməyə səy göstərir. Allah bu üstün əxlaqın möminin bütün həyatı üzərindəki hakimiyyətini Quranda belə bildirir:

De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. (Ənam surəsi, 162)