Mömin heç kimə söz atmaz

Müsəlmanların gözəl xüsusiyyətlərindən biri də səmimiyyətləridir

Müsəlmanların gözəl xüsusiyyətlərindən biri də səmimiyyətləridir. Bir söz söyləyəcəkləri zaman bunu “sözün ən gözəli ilə”, amma açıq şəkildə söyləyərlər. Dolayı üsulları, kinayəli danışıq üslubunu heç vaxt seçməzlər. Cahiliyyə cəmiyyətlərində “söz atmaq” kimi ifadə edilən üsullardan heç bir şəkildə istifadə etməzlər. Zarafat edərkən qarşılarındakı insanlara söz atmaq üçün istifadə etməzlər. Davranış və hərəkətləri ilə ətrafındakılara nə isə izah etməyə çalışmazlar. Əgər söyləmək istədikləri bir şey varsa, bunu səmimi bir üslubla, təhqir etməyəcək sözlərlə, ən aydın şəkildə qarşılarındakı insana açıqlayarlar. Məqsədləri qarşı tərəfi hörmətdən salmaq, etdiyi səhvə görə o adama unuda bilməyəcəyi bir dərs verməyə çalışmaq, onun rəftarına uyğun cavab vermək deyil. Əksinə, yalnız Allah rizası üçün qarşı tərəfə fayda verməyə çalışarlar. Bu niyyətləri rəftarlarına əks olunduğu üçün qarşılarındakı insan da onların səmimi sözlərini və ya tənqidlərini nəzərə alar və davranışındakı əksiklikləri qavrayıb düzəldə bilərlər.

Möminlərin bu xüsusiyyəti, eyni zamanda, onların əxlaqındakı yüksək keyfiyyətin və dərinliyin də əhəmiyyətli bir göstəricisidir. Bəsit rəftar etməyən, bəsit üslublardan istifadə etməyən, insanlarla bəsit mövzular üçün mübahisə etməyən, söz güləşdirməyən, qaş-göz işarələri ilə, üz ifadələri ya da mimikalarla ətraflarındakı insanlarla mesajlaşmayan yüksək şəxsiyyətə sahibdirlər. Əksi isə insanların ruhlarındakı bəsitliyi, adiliyi, səthiliyi göstərən bir əlamətdir. Mömin gözəl ruhunu belə bəsit rəftarlarla kirləndirməz.

Ancaq əlbəttə ki, cahiliyyə cəmiyyətlərində bu xarakterdəki insanlar kifayət qədər çoxdur. Hətta bir çox insan ətrafındakı insanlarla başqa cür ünsiyyət qurmağı ağlına belə gətirməz. Günün böyük hissəsini insanlarla bu tərzdə “eyham və gizli mesajlar verərək” keçirər. Səmimiyyətə, dürüstcə və açıq fikrini bildirəcəyi danışıqlara heç zaman ehtiyac duymaz. Çünki bunun nəticəsində qarşı tərəfə fayda vermək kimi bir məqsədi yoxdur. Məqsəd yalnız qəzəbini büruzə vermək, rahatlaşmaq, qarşı tərəfi hirsləndirmək, təhqir etmək və çəkişməkdir.