Mömin çətin vəziyyətdə olan borcluya möhlət verər və ya borcunu sədəqə olaraq bağışlayar

Şükür edənlərə nemətlərin artırılması

Əgər Allaha gözəl bir borc versəniz, O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təğabun surəsi, 17)

Şübhəsiz, Allah yer üzündə insanlara saysız nemət vermiş və bunların qarşılığında da yalnız şükür etmələrini əmr etmişdir. Allah “İbrahim” surəsinin 7-ci ayəsində şükürün əhəmiyyətinə belə diqqət çəkir:

“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,)Mənim əzabım şiddətlidir”.(İbrahim surəsi, 7)

Əlbəttə, Allahdan gələn bütün nemətlərə əvəz olaraq şükür etməyən insanın mükafatı axirətdə əskiksiz veriləcək. Bu, Allahın sonsuz ədalətinin təcəllisidir. Ancaq Allah qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Allah başqa bir ayəsində belə hökm etmişdir:

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

Yuxarıdakı ayədə də göründüyü kimi, Allah nankorluq edəni əzabla cəzalandıracaq, ancaq yaxşılıq edənlərin əcrini də qat-qat artıracaq. Kim Allah üçün xeyir iş görsə, hesab günündə daha gözəli ilə qarşılığını alacaq. Kim Allah üçün savab iş görsə, hesab günündə daha yaxşısı ilə qarşılaşacaq.

İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükürün əvəzini verəndir. (Şura surəsi, 23)

(Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 30)

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 34)