Mömin cənnətə layiq əxlaqa sahib olmağa çalışmalıdır

İnsanın arzuladığı şeylər

Hər bir insanın dünya həyatında reallaşmasını arzuladığı şeylər var. Bəzisi üçün bu hadisələrin reallaşması çox yaxın, imkanları da bunun meydana gəlməsi üçün çox uyğundur. Bəzi insanların çox böyük bir istəklə arzuladıqları hadisələrin reallaşması isə çox çətin görünür.

Bu insanların əllərindəki maddi-mənəvi imkanlar və yaşadıqları şərtlər, arzuladıqları hadisələrin reallaşmasına uyğun deyil. Məsələn, yaşlı bir insan nə qədər geri dönüb gənc yaşında olmağı arzulasa da dünya həyatında bu, Allah bir möcüzə yaratmadığı müddətcə mümkün deyil.

Ancaq imkanları, istəklərinin reallaşması üçün çox uyğun olan insanlar da, olmayanlar da eyni dərin ehtirasla xəyallarının reallaşmasını istəyirlər. Lakin insanın dünya həyatında istədiyi hər şey ən mükəmməl şəkildə reallaşsa da, həyatının sonuna qədər reallaşmasa da insanların qətiyyən unutmamalı və çox yaxşı düşünməli bir həqiqət var:

Bütün istədiklərini əldə edənlər də, heç birini əldə edə bilməyənlər də bu dünyada çox qısa bir müddət yaşaya biləcəklər…

Dünya həyatı bir göz qırpımı kimi keçəcək və insanların əldə etdikləri xoşbəxtliklər də sürətlə tükənib bitəcək…

Buna görə də insan bütün diqqətini yalnız istəklərinin reallaşıb reallaşmamasına deyil, sonsuz axirət həyatını qazana biləcək əxlaqa sahib olmağa verməlidir. Çünki insanın bütün istəkləri tam xəyal etdiyi şəkildə qüsursuzca reallaşsa belə bundan alacağı xoşbəxtlik bir neçə on ili aşmayacaq. Sonunda mütləq bu nemətlər əlindən gedəcək, ölümlə birlikdə sahib olduğu hər şey geridə qalacaq. Arzu etdiyi bütün gözəllikləri axirətdə əldə etməyi hədəfləyən insan isə bu xoşbəxtliyi sonsuzadək, dilədiyi qədər yaşaya biləcək.