Misyar nikahı

Səudiyyə Ərəbistanı Krallığında "asan" evlilik şəkli olan “misyar nikahı”na maraq artdı

Səudiyyə Ərəbistanı Krallığında “asan” evlilik şəkli olan “misyar nikahı”na maraq artdı. Qısa müddətli olan və qadının bəzi hüquqlarının heçə sayıldığı misyar nikahının xüsusilə kişilər arasında böyük rəğbət qazandığı ifadə edilir.

Qadının evlilikdə heç bir hüquqi dəstək tələb edə bilmədiyi misyar nikahı, Səudiyyə Ərəbistanıda qanuni olaraq qəbul edilir. Bu nikah formasında qadın və kişi öz aralarında razılaşaraq özlərinin müəyyən hüquq və öhdəçiliklərindən imtina edərək yaşamağa qərar verirlər. Bu əqd formasında adətən kişi və qadın ayrı yaşayırlar və izdivac rəsmi şəkildə qeydiyyatdan keçmir. Bir sözlə desək belə nikah formasında ər və arvad heç bir hüquqi öhdəçilik daşımırlar. Bu nikah forması ən çox Ərəbistanın sünni məzhəbli ərəbləri və Fars körfəzi ətrafı ölkələrdə yayılmışdır.

“Misyar nikahı” Şiələrin “muta nikahı”na bənzərdir əslində, hər ikisi də Qurana görə zina nitəliyindədir. Quran əxlaqından uzaq uydurma, batil, müşrik məzhəb dini yaşayanlar, Allahın haram etdiyi zinanı öz aləmlərində “qanuni”“halal” etməyə çalışırlar. Allahın haram etdiyinə halal deyəndən daha zalım kim ola bilər?

Dilinizin uydurduğu yalana əsaslanaraq: “Bu halaldır, bu isə haramdır”, – deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar! (Nəhl surəsi, 116)

Maraqlı olansa məzhəblərin hamısı Fahişəliyi haram dediyi halda, çünki bəlli bir miqdar pul verərək cinsi yaxınlıq edilir, “Muta”“misyar” evlilikdə eynisini edirlər, öncədən qiymət razılaşıb o pulu ödəyirlər və müəyyən etdikləri müddətdə birlikdə cinsi yaxınlıq edirlər və utanmadan buna “halal” deyirlər. O zaman “Fahişəlik” nədir? Fahişə sözünün kökü fahşa sözündən gəlir, yəni haram olan, günah əməl. Bəs bunların elədikləri fahşa deyildir? Qurana görə günah deyil? Buranadan çıxan nəticə Rəsmi dövlət nikahı olmadan cinsi yaxınlıq fahşadır, zinadır və bunu edən qadın və kişi “fahişə” sayılır. Fahişə sadəcə qadına deyilməz (cahil cəmiyyətdə niyəsə sadəcə qadınlara bu ad qoyulur), zina edən kişilərə də deyilir, zina edən hər kəs Fahişədir və zinakardır.