idilər?
Təxminən 500 milyon il əvvəl yaşamış canlılar da dövrümüzdəki canlılar kimi mürəkkəb quruluşlara malik idilər. Kembri dövründə meydana çıxan canlı fosilləri alimlər və xüsusilə də təkamülçülər üçün olduqca təəccüblü olmuşdur. Çünki təkamül nəzəriyyəsinin iddiasına görə, həmin dövrdə ortaya çıxan canlılarda bugünkülərdən fərqli, daha “ibtidai” hesab edilə biləcək sistemlərin mövcud olması gözlənilirdi.
Halbuki bu canlıların malik olduqları göz, qəlsəmə, qan dövranı sistemi kimi mürəkkəb quruluşlar onların ibtidai olmadıqlarının dəlilidir. Məsələn, Kembri dövrünün canlılarından olan trilobitlər bugünkü həşəratlarda da mövcud olan cüt linzalı fasetli göz quruluşuna malik idilər. Mürəkkəb bir quruluşa sahib olan bu trilobit gözləri pətək şəklində yüzlərlə hissədən ibarət idi. Təxminən 530 milyon il əvvəl mövcud olmuş bu göz quruluşu qarşısında təkamülçülər də təəccüblərini ifadə etmək məcburiyyətində qalmışlar.
Harvard, Roçester və Çikaqo Universitetlərindən təkamülçü geologiya professoru David Raup; “Trilobitlərin gözü yalnız yaxşı təhsilli və yüksək ixtisaslı müasir optik mühəndis tərəfindən hazırlana biləcək bir dizayna malik idi.” (David Raup, “Conflicts Between Darwin and Paleontology”, Bulletin, Field Museum of Natural History, Cild 50, yanvar 1979, s. 24) deyərək tribolit gözünün təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü də qəbul etmək məcburiyyətində qalmışdır. iddia edən təkamülçülər milçəklərin mənşəyini izah edə bilərlərmi?

