“Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart”, məsələn Bir çox ölkədə müsəlmanlara əziyyət verirlər, müsəlmanlar nə deyir? Ya Rəbbi, bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə zülm edirlər” -deyir. “Bizi buradan çıxart xilas et” -deyirlər. “… Bizə Öz tərəfindən bir himayəçi təyin et…”. İnsanlar axırzamanda nəyi gözləyir— Mehdini gözləyirlər. Baxın nə deyir insanlar: “Bizə Öz tərəfindən bir himayəçi təyin et”. Sahibül-Zamandır Mehdi.
“… Bizə Öz tərəfindən bir yardımçı təyin et…”. Mehdi də yardım edəndir, inşaAllah. “… deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”—deyir. Hal-hazırda bu ölkələrdə uşaqlar, qadınlar, yaşlı insanlar əziyyət çəkir. Allah bizim Hamiyyəti-İslamiyyəmizi təhrik edir. Allah: “Bu qədər insan əziyyət çəkir, niyə bunların uğrunda mübarizə aparmırsınız, səy göstərmirsiniz” -deyir onları qurtarmaq üçün. “Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar”. Yəni ateistlik, xurafat yolunda.
“Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə”. Yəni insanlar nə cür tədbir alırsa alsın, nə edirsə etsin Allah əgər bir insanın ölümünü təqdir etdisə, ölüm onu mütləq tapar, Allah onu deyir. “Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”—deyər”. Məsələn, universitet imtahanını qazanır, yaxud yaxşı bir qazancı olur, bu Allahdandır deyərlər. “Bir pislik üz verdikdə isə: “Bu, səndəndir!” – deyərlər”. Yəni sənin uğursuzluğundan oldu deyir. Halbuki onu da edən Allahdır, bir xeyir var. “De: “Hamısı Allahdandır!”. Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?”, yəni bir qəflət, ağıl qapanması var üstlərində. “Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir”. Yəni bir pis iş görmüsənsə, Allah onu sənə bəla olaraq geri qaytara bilər, bunu ifadə edir Allah.

