Məzhəkə mövzusundakı qadağalar haqqında ayrıca danışmaq lazımdır. Müvəffəqiyyətli yumor bir sənətdir. Bu işi mükəmməl görən insanlar, ümumiyyətlə, ağıl ilə sənəti birləşdirib möhtəşəm əsərlər ərsəyə gətirirlər. Məzhəkə bəzən mühitə xoş abu-hava gətirir, bəzən də açıq deyilə bilinməyən mövzuların üstü örtülü şəkildə zarafatyana ifadə olunmasına yardımçı olur. İnsanlara onları güldürməklə nəsihət verməsi, eyni zamanda qəlbə xitab edəcək şəkildə istifadə olunması məzhəkəni böyük nemətə çevirir. Sənətin hər növü kimi, məzhəkə də cəmiyyətlərə zəriflik gətirir və insanların dünya görüşlərini artırır. Xurafatçılar özlərini bu cür gözəl nemətdən uzaqlaşdırıb ruhsuz həyatın dərinliyinə sürüklənirlər.
Onların sevinc, qəhqəhə və yumora dair olumsuz düşüncələri yuxarıda qeyd etdiyimiz kimi, Quran tərəfindən təkzib olunur. Peyğəmbərimiz (s) və səhabələri Quranın bu ruhuna uyğun hərəkət etmiş və imanın gətirdiyi sevinci yaşamışdılar:
Əbu Üsamə: “Onunla zarafatlaşırdı”, –demişdi. (Əbu Davud, Sünən, Kitabülədəb, bab 91; Tirmizi, Sünən, 192, 1992, 3828; İmam Əhməd, Təbərani, Tirmizi, İbn Əsakir)
Əbu Hüreyrə deyir ki, Rəsulullah (s) hz. Əlinin oğlu Hüseynə dil çıxarır, uşaq da bunu görüb sevincdən çırpınırdı.
Abdullah ibnül-Haris bin Cəz (rə) belə buyurub: “Rəsulullahdan daha zaraftcıl birini görmədim”.
İbn Abbas belə buyurub: “Peyğəmbərin (s) zarafatı var idi”.
Ənəs (rə): “Peyğəmbər (s) insanların ən zarafatcılı və gözəl sözlüsü idi”.

