Məzhəblərə bölünmək haramdır

Allah Muminun surəsinin 52-53-cü ayələrində buyurur

“Şübhəsiz ki, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də məndən çəkinin! Ancaq onlar dini məsələlərdə firqələrə bölündülər. Hər bir firqə öz əlindəkinə görə sevinib qürurlanır.” (Muminun surəsi, 52-53)

Bu ayələr İslam ümmətinin əslində tək bir bütöv olduğunu, məzhəblərə, camaatlara və təriqətlərə bölünmənin ilahi əmrə zidd olduğunu açıq şəkildə bəyan edir. Allah, insanların dini parçalayaraq fərqli yollara ayrıldıqlarını və hər bir qrupun öz yolunu doğru bilərək buna sevindiyini bildirir. Bu parçalanma, Quranın da insanlar tərəfindən hissələrə ayrılması ilə nəticələnmişdir.

Hicr surəsinin 91-ci ayəsində Rəbbimiz “O kəslər ki, Quranı hissələrə ayırdılar” buyuraraq bu təhlükəli vəziyyətə işarə edir. Halbuki Quran birdir və ona tam şəkildə tabe olmaq lazımdır. Lakin insanlar Quran ayələrini fərqli şəkillərdə şərh edərək və tətbiq edərək onu sanki parçalamışlar. Allah bu ayə ilə onların etdiyi günahı xatırladır.

Dinin əsl mahiyyətinin qorunması və bölünmənin qarşısının alınması bütün peyğəmbərlərə edilən bir vəsiyyətdir. Şura surəsinin 13-cü ayəsində Allah buyurur:

Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (elçi) seçər və Ona yönələni doğru yola yönəldər. (Şura surəsi, 13)

Bu ayə, dinin bölünməzliyini, məzhəblərə, təriqətlərə və qruplara ayrılmağın qadağan olduğunu vurğulayır. Bu əmr bütün peyğəmbərlər üçün keçərli olmuşdur. Ancaq insanları tək bir dinə, Quranın əslinə dəvət etmək bəzilərinə ağır gəlir. Ayənin sonunda “Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi” buyurulur. Tarix boyunca olduğu kimi, Axırzamanda gələcək olan Hz. Mehdi də insanları Quran ətrafında birləşməyə, məzhəbləri ortadan qaldırmağa çağıracaqdır.

Lakin bu çağırış, adət etdikləri yanlış yollardan ayrılmaq istəməyən, atalarının yolunu tutan bəzi qruplara, xüsusilə də xurafatçı və radikal qruplara ağır gələcəkdir. Onlar “Biz buna alışmışıq, biz bunu edə bilmərik” deyərək etiraz edəcəklər.

Hz. Mehdi səhabə dövründəki kimi İslamı yaşamağı, Peyğəmbərimizin sünnəsinə (Qurana) tam tabe olmağı təklif edəcək, lakin onlar bunu qəbul etməyəcəklər. Peyğəmbərimiz hədislərində Hz. Mehdiyə qarşı çıxacaq olanların, xüsusilə də bəzi alim görünüşlü xurafatçıların olacağını ətraflı şəkildə bildirmişdir.

Hətta İmam Rəbbani kimi böyük alimlər də bu həqiqəti nəql etmişlər. Bu müxaliflər Hz. Mehdi üçün “Bu bizim dinimizi aradan qaldırdı, bu mürtəddir, dindən çıxmışdır. Ey müsəlmanlar, diqqətli olun, bu adam İslam əxlaqına qarşı mübarizə aparır” deyərək fitnə çıxaracaqlar.

Lakin Allah kimin haqq yolda olduğunu bilir və kimi istəsə, onu doğru yola yönəldir. Şura surəsinin 13-cü ayəsinin sonunda buyurulduğu kimi: “Allah istədiyini (elçi) seçər və Ona yönələni doğru yola yönəldər.” Bu ifadə eyni zamanda Hz. Mehdiyə də işarə edir, çünki “Mehdi” adı Allahın xüsusi olaraq hidayət verdiyi, doğru yola çatdırdığı şəxs mənasını da verir.

Kitab, yəni Quran haqq olaraq endirilmişdir və onda ixtilafa düşənlər dərin bir ayrılıq içindədirlər. Bəqərə surəsinin 176-cı ayəsində Allah buyurur:

Bu ona görədir ki, Allah kitabı haqq olaraq endirmişdir. Kitab barəsində ixtilafa düşənlər isə, həqiqətən, dərin bir ayrılıq içindədirlər. (Bəqərə surəsi, 176)

Quran bir olduğu halda, ümmət parçalanmışdır. Bu parçalanmanı aradan qaldıracaq, ümməti tək bir Quran ətrafında birləşdirəcək olan şəxs isə inşaAllah Hz. Mehdi olacaqdır.